Neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

 Neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti barədə məlumat verən nazir M. Cabbarov “Samruk-Kazyna” SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Məlumat www.apa.az istinadən təqdim edilir.