Neft bazarlarında qıtlığın davam edəcəyi gözlənilir

 Neft bazarlarında qıtlığın davam edəcəyi gözlənilir

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs), hasilatın mövcud səviyyədə qalacağı təqdirdə bu il bazarda neft qıtlığının davam edəcəyini gözləyir.

Məlumata görə, avqust ayında gündəlik tələb təklifi 1,7 mln. barel, ilin ikinci yarısında isə 1,9 mln. barel üstələyəcək.

Xatırladaq ki, pandemiya səbəbindən neftə tələbatın azaldığını nəzərə alaraq, “OPEC+” ölkələri ötən ilin mayından gündəlik hasilatı 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı. Bu ilin may ayından etibarən gündəlik neft hasilatı 6,55 mln. barel olub, iyun ayına 6,2 mln. barel, iyul ayına isə 5,76 mln. barel təşkil edəcək.

Məlumat www.apa.az istinadən  təqdim edilir.