Neft bahalaşmaqda davam edir

 Neft bahalaşmaqda davam edir

Neftin qiyməti dünya ticarət birjalarında gündəlik olaraq dəyişməkdə davam edir. Azeri Light və Brent markalı neftinin qiymətləri sentyabr ayında hər barreli üçün 70 ABŞ dolları ətrafında  dəyişdiyi halda,    WTI markalı neftin qiyməti hər barrei üçün 68-70 ABŞ dolları aralığında dəyişib.

Azeri Light markalı neftin qiyməti 0.78% bahalaşaraq bugün hər barreli üçün 73.98 ABŞ dollarına təklif olunur. Brent və WTI markalı markalı neftin qiymətlərində isə bugün uyğun olaraq 0.62% və 1.34 % artaraq,  72.84 və 70.91 ABŞ dollarına təklif olunur.