“Masdar” Azərbaycanın bərpa olunan energetika sahəsini inkişaf etdirməkdə maraqlıdır

 “Masdar” Azərbaycanın bərpa olunan energetika sahəsini inkişaf etdirməkdə maraqlıdır

Bu barədə bugün başa çatan “Greentech Summer Camp 2021”   təlimlərində Masdar şirkətinin aktivlərin idarə edilməsi və texniki xidmətlər üzrə baş meneceri Husain Al Meer bildirib.

O bildirib ki: “Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatlarımızın neft və qaza əsaslandığı ümumi irsi bölüşsələr də, bu gün ölkələrimiz anlayırlar ki, şaxələndirilmiş enerji balansına investisiyalar yalnız düzgün etik seçim deyil, həm də ağıllı iqtisadi strategiyadır. İqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün lazım olan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə, bilik və bacarıqların toplanmasına kömək edəcək, həmçinin bizim hamımıza təsir edən qlobal problemin həllinə əməli töhfə verəcəkdir. Masdar 2006-cı ildən etibarən iqlim dəyişikliyi probleminin həllində fəal rol oynayır və Azərbaycanın bərpa olunan energetika sahəsini inkişaf etdirməyə, enerji mənbələrini şaxələndirməyə və davamlı inkişafı stimullaşdırmağa kömək etmək üçün dünyanın 30-dan çox ölkəsində topladığımız təcrübədən istifadə etmək bizim üçün böyük şərəfdir”.