Məlumat Mərkəzləri üçün Elektrik Enerjisinin topdansatış qiymətləri artırılıb

 Məlumat Mərkəzləri üçün Elektrik Enerjisinin topdansatış qiymətləri artırılıb

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən elektrik enerjsinin topdansatış qiymətlərində 2.1-ci sətrində “və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri” sözləri çıxarılıb və cədvəl bölməsinə yeni məzmunda aşağıdakı 2.2-ci sətiri əlavə edilib.

Nəticə etibarı ilə məlumat mərkəzləri üçün tətbiq olunan elektrik enerjisinin topdansatışında yeni tariflər tətbiq olunub.

Onlara əvvəl gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) üçün şamil olunan elektrik enerjisinin topdansatış qiyməti  5.8 qəpik/kVts-dan (ƏDV ilə) 7.3 qəpik/kVts –a (ƏDV ilə),  gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər)  üçün əvvəl şamil olunan topdansatış qiyməti 2.8 qəpik/kVts  -dan (ƏDV ilə)  3.5 qəpik/kVts –a (ƏDV ilə) qaldırılıb. Beləliklə gündüz tarifi təxminən 26%, gecə tarifi isə 25% artırılıb.

2.2.Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri 
2.2.1.Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər)7,3
2.2.2.Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər)3,5