IRENA and Azerbaijan Unveil Renewable Energy Partnership for Central Asia at COP29
Laos-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib
Energetika Nazirliyində nazir müavini Orxan Zeynalov ilə ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının energetika və mədənlər nazirinin müavini, Laos-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Thongphat İnthavongun rəhbərlik etdiyi Laos-Azərbaycan Dostluq Assosiasiyasının üzvlərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib, əlaqələrin digər sahələrlə yanaşı energetika sahəsində də genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Azərbaycanda neft-qaz sektoru üzrə görülən işlər, bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində, xüsusilə yaşıl enerji keçidi sahəsində atılan addımlar və həyata keçirilən layihələr barədə məlumat verilib, birgə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın COP29 tədbirinə sədrliyi çərçivəsində fəaliyyət gündəliyi üzrə enerji təşəbbüsləri barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Xəzər dənizinin geniş enerji potensialından bəhs edilərək Xəzər dənizi-Qara Dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa yaşıl enerji dəhlizləri üzrə görülən işlər diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Laos arasında qarşılıqlı əməkdaşlıqdan irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu ilin iyun ayında keçiriləcək Bakı Enerji Həftəsində Laos Xalq Demokratik Respublikasının da iştirak edəcəyindən məmnunluq ifadə olunub.