“Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən RKİHPB Sazişi üzrə rəhbər komitənin növbəti iclası keçirilib

 “Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən RKİHPB Sazişi üzrə rəhbər komitənin növbəti iclası keçirilib

“Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən Reabilitasiya, Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü (RKİHPB)” üzrə Saziş əsasında rəhbər komitənin növbəti iclası keçirilib.

“Salyan Oil Limited” şirkətinin saziş ərazisində keçirilən iclasda SOCAR-ın vitse-prezidenti Babək Hüseynov, “GL Investment” MMC-nin baş icraçı direktoru Asif Zeynalov və “SOCAR Upstream Management İnternational”ın rəhbər heyəti iştirak ediblər.

İclasda 2025-ci il üzrə illik Fəaliyyət Proqramına və büdcənin icra hesabatına dair təqdimatlar dinlənilib, həmçinin 2026-cı il üçün təklif olunan Fəaliyyət Proqramı və büdcə sənədi müzakirə olunub.

Tədbir iştirakçıları, həmçinin “Salyan Oil Limited” Əməliyyat Şirkətinin “Qarabağlı” yatağında yerləşən 6-cı sahəyə, “Kürsəngi” yatağında yeni istismara verilmiş 810 saylı quyuya və qazması davam etdirilən 811 saylı quyuya baxış keçiriblər.