Külək enerji potensialı “Yaşıl Hidrogen” istehsalına yönəldiləcəkdir

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.
Nazir “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrdə iştirak edib. O dənizdə külək enerjisinin inkişafı üzrə mövcud potensial barədə məlumat verib. İlkin olaraq 157 QVt həcmində qiymətləndirilən texniki potensialın gələcəkdə “yaşıl hidrogen” istehsalına yönəldilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.