Külək turbin sənayesində yeni koalisiya yaradılıb

 Külək turbin sənayesində yeni koalisiya yaradılıb

Tam olaraq təkrar emal oluna bilən külək turbinlərinin kürəkləri üçün həll yolunun kommerisialaşdırılması üçün sənaye–akademik müəssisələrinin yeni koalisiyası yaradılıb
Vestasın (https://www.vestas.com/) internet saytına əsasən sənaye –akademik müəssislərinin koalisiyası temoplast kompositlərinin təkrar emalını təmin etmək məqsədi üçün yeni texnologiya işləyib hazırlayıblar. Termoplast kompozit materialından külək türbin kürəklərini istehsal etmək üçün istifadə olunur.  Yeni texnologiya külək türbin dəyər zəncirinə daxil olan avadanlıqların tam olaraq təkrar email olunması istiqamətində yekun texnoloji addım hesab olunur. Bu yeni texnologiyanın qəbul olunmasını təmin etmək və külək sənayesi boyunca təkrar emal iqtisadiyyatını təkmilləşdirmək üçün  CETEC (termoplast epoksit kompozitləri üçün təkrar emal iqtisadiyyatı) yeni təşəbbüsü yaradılmışdır.   3 il ərzində CETEC, yeni təkrar emal oluna bilən texnologiyanın kommersiyalaşdırılması əsasında   sənayedə tətbiq olunmaq üçün tam həcmli həll yolu təqdim etməyi qarşıya məqsədi qoyur.

Qismən Danimarkanın İnnovasiya Fondu tərəfindən maliyyələşdirilən CETEC-ə Vestas rəhbərlik edəcəkdir. Vestas şirkəti davamlı enerji həll yolları üzrə qlobal lider olub, bu işdə həm sənaye, həm də akademik rəhbərləri, o cümlədən, epoksidin dünyada lider istehsalçısı olan Olin şirkətini (https://www.olin.com/ ), Danimarka  Texnoloji Universitetini və Aarhus Universietetini özündə birləşdirir.

Eyni tərəfdaşlar tərəfindən irəli sürülən, DreamWind tərəfinən işlənib hazırlanılan innovativ təşəbbüsdə yeni texnologiya iki mərhələli prosesdən ibarətdir. İlkin olaraq, termoplast kompozitləri fiber və epoksidə ayrılır. İkinci mərhələdə, yeni kimyadövrlü proses vasitəsilə, epoksid, ilkin materiallara oxşar əsas kompozitlərə parçalanır. Bu materiallar, epoksid qatranı üzrə yeni təkrar email olunan yoldan təşkil olunaraq yeni turbin kürəklərinin istehsalı üçün yenidən təqdim edilir.

Nəzərə alaq ki, külək turbinləri  hal-hazırda 85-90 % təkrar emal olunur. Turbin kürəklərinin qalan qismi isə termoplast kompozitlərin xarakterinə görə təkrar emal oluna bilmir. CETEC -in fəaliyyətə başlamasının məqsədi təkrar emal sahəsində bu boşluğu aradan qaldırmaq və külək enerji sənayesində tullantıların aradan qaldırılması istiqamətində əsaslı addımlar atılmasını təmin etməkdir.

CETEC-in həll yolu, epoksid qatranı üçün təkrar emal texnologiyaların olmamasına yönələcəkdir. Bu da öz növbəsində külək sənayesində yeni təkrar emal həllini təqdim etmək mümkünlüyünü yaradacaqdır.  Bu, kommersiya baxımdan dəyərin qazanılması üçün özlüyündə əhəmiyyətli potensial daşıyır, belə ki, istehsal sənayesi üzrə tullantıların idarəolunması ətrafında tənzimləmələrin ciddi olduğu yerlərdə bu, daha geniş şəkildə dayanıqlılıq üzrə qarşıya qoyulan gündəlikdə hədəflərə nail olmağa xidmət edir. Tam olaraq işlənib hazırlandıqda, bu həll yolunun istehsal prosesində termoplast kompozitinə əsaslanan digər sənayelərə təsiri ola bilər. Bu sənaye sahələri də avtomobil və aviasiyadır.