Külək Enerji Atlası

 Külək Enerji Atlası

Dünya Bankının Enerji Sektorunun İdarəolunmasına Yardım Proqramı (ESMAP), Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıqda dünya ölkələri üzrə külək enerji potensialını qiymətləndirməyə imkan verən külək enerji atlası (https://globalwindatlas.info/) hazırlanmışdır. Atlasın işlənməsinə Danimarka Texniki Universiteti cəlb edilmişdir. Atlasdan istifadə etməklə istənilən ölkə üçün küləyin orta sürəti, enerjinin orta sıxlığı, külək enerjisinin layları üzrə məlumatları əldə etmək olar.  https://globalwindatlas.info/download/maps-country-and-region keçidinə daxil olmaqla istənilən ölkə üzrə məlumatları həm excel məlumat formatında, həm də şəkil formatında əldə etmək mümkündür.