Kəndərin qazlaşdırılması davam etdirilir

 Kəndərin qazlaşdırılması davam etdirilir

“Azəriqaz” İstehsalat Birliyi, Salyan rayonu Cəngan və Beştalı kəndlərinin qazlaşdırılması işlərini tamamlayıb.

Cəngan kəndində 80 fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 6263 metr uzunluğunda polad və uzunluğu 253 metr olan polietilen borular vasitəsi ilə qaz xətləri çəkilib.

Beştalı kəndində yerləşən 178 fərdi yaşayış evinin qazlaşdırılması, müxtəlif diametrli 14 080 metr uzunluğunda polad, 1 885 metr polietilen borulardan istifadə edilməklə həyata keçirilib.

Neftçala rayonunun 95 fərdi yaşayış evi olan Pirəbbə kəndinin də qazlaşdırılması işləri yekunlaşıb. Kəndi qaz ilə təchiz etmək üçün 9669 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə edilib.

Üç kənddə 350-dən çox evə qaz verilib.  Hər bir fərdi yaşayış evi sayğac və fərdi tənzimləyici ilə də təciz edilib.

Məlumat oxu.az istinadən təqdim edilib.