JinkoSolar özünün TopCon 620 Vt-lıq iki üzlü günəş panelinin məlumatlarını açıqlayıb

 JinkoSolar özünün TopCon 620 Vt-lıq iki üzlü günəş panelinin məlumatlarını açıqlayıb

Tiger Neo panelinin 22.1% güc çevirmə faydalı iş əmsalı və hər selsi dərəcəyə -0.30 % hərarət əmsalı var. Məhsul 182 mm-lik plastinkadan, yarı kəsili hüceyrələrdən düzəldilib və 590-dan 620 Vt-a kimi elektrik məhsuldarlığına malikdir.

Çin PV modul istehalçısı JinkoSolar  bu ilin əvvəllərində özünün  TopCon n-tipli iki səthli monokristalin panellərinin istehsalına başlayıb.

Özünün 1 QVt-lıq istehsal xəttlərini  bir neçə ay istismar etdikdən sonra şirkət yeni məhsulu olan Tiger Neo günəş modulu barədə bir neçə təfərrüatı açıqlayıb ki, bunu da tezliklə bazara buraxmağı planlaşdırır. “Miqyas effekti əsasında genişlənməsi onu p tipli PERC məhsulu ilə mübarizə aparmağı asantlaşdırır” bu barədə JinkoSolar -ın baş mütəxəssisi Hao Jin PV maqazinə məlumat verib.

Panel 182 mm-lik plastinadan, yarı kəsili hüceyrələrdən ibarət olub 590 –dan 620 Vt-lıq güc məhsuldarlığına malikdir. Onun ölçüləri 2465×1134×30mm  olub,  çəkisi 34.8 kq-dır. Onun enerjiyə çevirmə faydalı iş əmsalı 21.11% və 22.18% arasında dəyişir və hər selsi dərəcəyə hərarət əmsalı -0.30 %-dir.

Ətraf işçi hərarəti -40-dan 85 selsi dərəcə arasında dəyişir, istehsalçı deyib, maksimum system gərginliyi 1,500V. Panelin anodlaşdırılmış aluminum çərçivəsi və 2 mm-lik əks-qaytarıcı örtüyü ilə möhkəmləndirilmiş 2 mm-lik şüşəsi vardır.  Onun qoşulma qutusunun IP 68 nominal  kəmiyyətə malikdir.

Jinko-nun 15 illik məhsul zəmanəti və 30 illik enerji məhsuldarlıq zəmanəti vardır. 30 illik illik xətti aşınması 0.4% həcmində göstərilir ki, panelin itismar olunduğu həyat dövrünün 1-ci ilində aşınma 1%-dən az olması göstərilir.

“Modul daha yaxşı optik fayda əldə etmək üçün dairəvi xətlərlə istehsal olunub. Onun  ikiüzlülüyü 80-85% olub, ənənəvi p-tipli ikiüzlü məhsullardan təxminən 5-15% yüksəkdir. İstehsalçının dediklərinə görə aşağı hərarət əmsallı, aşağı aşınma norması kimi bir sıra üstünlükləri və onun yüksək iki-üzlülüyü, p-tipli ikiüzlü modullardan 3% daha böyük enerji məhsuldarlığı alması ilə nəticlənir.

Modulun səmərəliliyini və etibarlılığını nəzərə alaraq, o, şəbəkə miqyaslı layihələr üçün tövsiyyə olunur, O, eləcə də hər hansı ölçülü dam layihələri üçün də istifadə oluna bilər.

JinkoSolar özünün TopCon mono hüceyrəli texnologiyası əsasında n-tipli günəş monokristalin günəş PV modulu əsasında 23.53 % çevrilmə faydalı iş əmsalına nail olduğunu iyulun ortalarında elan etmişdir. “Modulun qabaqcıl iş göstəriciləri JinkoSolar-ın yeni tipli qaynaq və qablaşdırma texnologiyalı təkmil TopCon hüceyrə texnologiyasının qəbul edilməsinin nəticəsidir” istehsalçı öz bəyanatında söyləmişdir.  Modulun layihələndirilməsi nəinki modulun daxili müqavimət itkisini azaldır, hətta güc baxımdan faydalı iş əmsalını və modulun görünüşünü yaxşılaşdırır.

Enerji Portalı məlumatı www.pv-magazine.com mənbəyinə istinad edir.