İstehlakçılara borc bildirişləri onlayn təqdim olunacaq

 İstehlakçılara borc bildirişləri onlayn təqdim olunacaq

“Azəristiliktəchizat” ASC –nin istehlakçılara göstərdiyi istilik təchizatı xidmətlərində yenilik tətbiq ediləcəkdir. İstilik enerji təchizatı xidməti ilə bağlı məlumatların istehlakçılara çevik çatdırılması, borc və digər məlumatlar haqqında bildirişlər istehlakçılara elektron şəkildə təqdim ediləcəkdir.
Bu xidmətlərin satınalınması üçün tender yekunlaşdırılmış və tenderin qalibi “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dir.
Qalib şirkət ilə məbləği 53,1 min manat olan müqavilə imzalanıb.
Məlumat, www.iqtisadiyyat.az məlumat portalına istinadən təqdim edilir.