2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
İşğaldan azad edilmiş bütün rayonlarda yeni elektrik infrastrukturu qurulur
Məlumat verildiyi kimi işğaldan azad olunan ərazilərdə yeni 110 kV-luq elektrik enerji infrastrukturu qurulur.
Yeni 110/35/10 kV-luq “Şuşa” yarımstansiyası və 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib istismara təhvil verilmişdir. “Qeyd etmək lazımdır ki, Fizuli y/s üç ay ərzində tikilərək istismara təhvil verilib. Bu yarımstansiyadan rayon ərazisində yerləşən bir çox strateji obyektlərin elektrik təchizatı yerinə yetiriləcəkdir. Buraya Füzulidəki hava limanı, Füzuli-Şuşa avtomobil yolu, həmçinin əhali və qeyri-əhali üçün nəzərdə tutulmuş digər obyektlər daxilir”. Bu barədə “Azərenerji” ASC –nin mətbuat katibi Teymur Abdullayev məlumat verib.
“Füzuli”, “Şuşa” və “Cəbrayıl”, “Qubadlı”, “Zəngilan” yarımstansiyaları məhz 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyası vasitəsilə qidalandırılacaqdır.
“Hazırda Qarabağda və işğaldan azad olunmuş ətraf ərazilərdə elektrik infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir. Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir və Murovu aşmaqla, Kəlbəcər rayonuna 70 km-lik məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir. Eyni zamanda, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında da 110 kV-luq ikidövrəli xəttlərin tikintisi işləri davam etdirilir. Ağdam rayonunda hazırda “Ağdam 1″ və “Ağdam 2” 110 kV-luq yarımstansiyalar tikilir, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında isə işlərin yekunlaşmaq üzrə olduğu bildirilib. Teymur Abdullayev daha sonra işğaldan azad edilmiş bütün rayonlarda işlərin sürətlə davam etdirildiyini və artıq hamısının yekunlaşmaq üzrə olduğunu bildirib.
Məlumat www.apa.az istinadən təqdim edilir.