2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
İRENA Tələbə Liderlik Proqramının 2021-ci il Payız Çağırışını açıq elan edir
Virtual olaraq keçiriləcək təlim proqramının məqsədi gələcək nəsil qlobal enerji peşəkarlarının hazırlanmasıdır.
İlk müvəffəqiyyətli qrupun hazırlanmasından sonra, Beynəlxalq Bərpa olunan Enerji Agentliyi (İRENA) İnkişaf@IRENA Tələbə Liderlik Proqramının 2021-ci ilin payız çağırışına ərizə qəbuluna başlamışdır. Proqram bütün ölkələrdən olan tələbələrin iştirakı üçün genişləndirilmişdir.
Yeni proqram yaz çağırışından olan təlim qrupunun müvəffəqiyyəti üzərində qurulur ki, burada 40 nəfər Birləşmiş Ərəb Əmirliyindən olan təlim alanlar hədsiz biliklər əldə etdikdən sonra müvəffəqiyyətli şəkildə proqramı bitirmişlər. Bu da onlara qlobal enerji çətinliklərinə öz ideya və həll yollarını qoymağa köməklik göstərmişdir.
Proqram üç ay müddətinə davam edəcək və bərpa olunan enerji sahəsində karyera qurmaq istəyi olan bakalavr və magistratura tələbələri üçün açıq elan edilir.
Təlim proqramı
Təlimə qoşulan tələbələr enerji ilə əlaqədar çətinlikləri həll etmək üçün bilik və bacarıqlar əldə edəcəklər. Proqrama, İRENA-nın işçi heyəti tərəfindən mühazirələr, interaktiv müzakirələr və qrup tapşırıqları daxil edilir.
Təlim ingilis dilində, 2021-ci ilin sentyabr ayından başalayaraq dekabr ayına kimi davam edəcəkdir.
IRENA –nın virtual təlimlərində əsas sahələr aşağıdakılardır:
- Bərpa olunan enerji texnologiyaları və son istifadəçilər
- Bərpa olunan enerji üzrə təhsil və gənclərin prosesdə maraqlı qalmasını təmin etmək
- Enerji siyasətlərinin qəbul olunması
- Enerji statistikası və hədəflər
- Enerjiyə əlyetərlik və şəbəkədən kənar tətbiqlər
- Bərpa olunan enerjinin sosial –iqtisadi faydaları
- Bərpa olunan enerji üzrə innovasiyalar
- Özəl sektor və sənaye fəaliyyəti
- Enerjiyə keçid və həllər
Proqrama kimlər qoşula bilər.
- İnkişaf, iqtisadiyyat, enerji, mühəndislik, ətraf mühit elmləri, maliyyə yaxud beynəlxalq işlər sahəsində təhsil alan bakalvr və magistr tələbələri.
Ərizə qəbulu prosesi
Maraqlanan namizədlər 15 sentyabr 2021-ci il tarixi saat 18:00 GST kimi keçidə daxil olmaqla öz maraqlarını ifadə etməlidirlər. Ərizəyə təhsil aldığınız universitet, bakalavr proqramı və sertifikatlar göstərilməklə, ətraflı CV və
bu proqrama nə üçün müraciət etdiyinizi və hər hansı əlaqədar təcrübənizin olması göstərən 500 sözdən ibarət motivasiya məktubu əlavə etmək tələb olunur.
2021 IRENA Virtual Bərpa Olunan Enerji təliminə müraciət edin (Payız Çağırışı)!
Əlavə suallarınız olarsa, əlaqə saxlayın [email protected].