İran Xəzər dənizində yeni nəhəng qaz yatağı aşkar edib

 İran Xəzər dənizində yeni nəhəng qaz yatağı aşkar edib

İran Xəzər dənizində yeni nəhəng qaz yatağı (“Çalous”) aşkar edib.

Yatağı İranın “Xəzər Kəşfiyyat və İstehsalat Şirkəti“ (KEPCO) inkişaf etdirəcək, lakin Rusiya və Çin tərəfindən texniki və maliyyə yardımı həyata keçiriləcək.

İlkin hesablamalar düzgün olsa, “Çalous” yatağının hesabına İran Avropanın qaz istehlakının ən azı 20%-i təmin edə bilər. Yeni qaz yatağının qaz ehtiyatları super nəhəng “Cənubi Pars” yatağının ehtiyatlarının dörddə biri həcmində (təxminən 3,5 trln. kubmetr – red.) qiymətləndirilir. “Cənubi Pars” yatağının ehtiyatları təxmini 14,2 trln. kubmetr qaz və 18 mlrd. barel kondensat həcmində qiymətləndirilir.

Enerji Portalı məlumatı www.apa.az istindən təqdim edir.