İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri üzrə Təmiz Enerji Mərkəzi yaradılır

 İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri üzrə Təmiz Enerji Mərkəzi yaradılır

Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib.

İƏT-in Baş katibi Hadi Süleymanpur isə təşkilatın növbəti onillikdə üzv ölkələr arasında “yaşıl enerji”nin ümumi enerji balansında payının mövcud vəziyyətə nisbətən əhəmiyyətli dərəcədə yüksək səviyyəyə çatdırılması, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın gücləndirilməsi hədəfləri barədə məlumat verib. Bu aspektdə İƏT və UNİDO-nun “Təmiz Enerji Mərkəzi”nin yaradılması üzrə birgə layihəsinin əhəmiyyətini qeyd edib. Bu Mərkəzin bütün dünyanı əhatə edən “Regional Dayanıqlı Enerji Mərkəzləri Qlobal Şəbəkəsi”nin perspektivli bir elementi olacağına inam ifadə edilib. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, İranın energetika naziri Rza Ərdakanian və digər çıxışçılar da “Təmiz Enerji Mərkəzi”nin yaradılması kimi təşəbbüslərin və bərpa olunan enerji üzrə əməkdaşlığın dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq enerji keçidi prosesinə mühüm töhfə verəcəyini qeyd ediblər.

Tədbirdə enerji əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edən “Bakı Bəyənnaməsi ilə yanaşı,  təşkilatın 2030-cu ilədək “Enerji Strategiyası” və “Fəaliyyət Planı” “Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”, “Regional Elektrik Enerjisi Bazarı”nın Yol Xəritəsi qəbul edilib.