2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
İnsan resurslarının idarə edilməsi mövzusunda təlim keçirilib
Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.
Nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov açılış nitqi ilə çıxış edərək kadrlarla işin təşkili, mütəxəssislərin seçilməsi və yerləşdirilməsi, onların yeni işə adaptasiyası, əməkdaşların peşəkarlığının artırılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmli isə təqdimatla çıxış edib, insan resurslarının effektiv idarə edilməsi, kadrların motivasiyası, vəzifələrin əməkdaşlar arasında düzgün bölünməsi, qiymətləndirmə meyarları və digər mövzular haqqında iştirakçılara ətraflı məlumat verib.
Təlimdə Energetika Nazirliyi Aparatının 28 nəfər əməkdaşı iştirak edib.