Hidro turbin aqreqatının vəziyyətini təftiş etmək üçün yeni qurğu təqdim edilmişdir

 Hidro turbin aqreqatının vəziyyətini təftiş etmək üçün yeni qurğu təqdim edilmişdir

GE-nin Bərpa Olunan Enerji Bölümü, sensor və kameralar ilə təchiz olunan  məsafədən idarə olunan suyun altında hidro turbin aqreqatının təftişini aparmağa imkan verən yeni həll yolu təqdim etmişdir.

Təqdim edilən mətbuat xəbərinə əsasən, GE-nin təqdim etdiyi bu avadanlıq aqreqatı əhatə edən suyun boşaldılması tələbi olmadan belə, təftiş aparmaq üçün hər hansı çətin əlçatan şəraitdə yerləşən, hidro turbin aqreqatının təftişini apara bilmək üçün həll yolu təqdim edir.  Avadanlıq GE-nin Təqqiqat Mərkəzi tərəfindən layihələndirilmiş, işlənib hazırlanmış və sınaqdan keçirilmişdir.

GE-nin Hidro Həllər sahəsində prezidenti və icraçı direktoru olan Paskal Radue bildirmişdir ki, su elektrik sənayesinin daha çevik və əlyetərli həllərə ehtiyacı vardır. Bizim müştərilərimiz öz stansiyalarını daha yaxşı idarə etmək və tələb və təklif arasında baş verən dəyişkənliklərə daha səmərəli və çevik şəkildə cavab verə bilmək üçün həll yolları axtarırlar. Bu baxımdan biz öz müştərilərimizin aktivlərini daha uzun müddətə işlək vəziyyətdə saxlamaq üçün çalışırıq. “Bu robot həlli müştərilərimizin bu gözləntilərini ödəməyə köməklik göstərəcəkdir.

Yeni vəziyyətdə bu qiymətləndirmə metodologiyası, xidmət personalının turbinin məhdudlaşdırıcı sahələrinə daxil olmadan, quru şəraitdə vizual təftiş ilə   müqayisəli nəticələrini müəyyən etməyə imkan verir. Müştəri yönümlü layihələndirilən bu avadanlıq 200 mm-dən az açılış məsafəsindən turbinin kürəklərini təftiş edə bilir. Ənənəvi olaraq aparılan təftiş işlərində aşkar edilə bilən qüsurlar, o cümlədən, eroziya, boşluğun yaranması, aşınma, xarici təsir əlamətləri və yad cisimlərin olması. Asan istifadə oluna bilən, məhdud həcmdə personalın olmasını tələb edən və qeyri- səmərəli tapşırıqların arada qaldırılması, əməyin mühafizəsi və sağlamlıq ilə bağlı risklər hamısı birlikdə ümumi təftiş xərclərini azaltmağa imkan verir. Bu zaman mütəxəssislər bütün kritik səthlərin müvafiq təftişini  aparmaq üçün real zamanda məlumatları qiymətləndirirlər. Əldə edilən video yazılar qeydə alınır və sonrakı təhlillərin aparılması üçün əldə olur.

Bu həll yolunun etibarlılığı, Kanadada 5 su elektrik stansiyasında  yerinə yetirilmişdir. Zibil rəkləri, su qəbuledici qapılar, şaquli və üfüqi turbinlər və aşağı axın klapanları təftiş edilmişdir. Fransiz  işçi çarxının kürəkləri arasına  360 dərəcə çəkə bilən kamera yerləşdirmək komanda heyətinə paylayıcını, işçi çarxı və sovurma borusunu təftişini yerinə yetirməyə imkan vermişdir.

Məlumat https://www.ge.com/renewableenergy/ mənbəyinə istinadən təqdim edilmişdir.