Hansı xüsusiyyətlərinə görə neftin qiymətləri dünya bazarlarında dəyişir

 Hansı xüsusiyyətlərinə görə neftin qiymətləri dünya bazarlarında dəyişir

Dünyada ən yaxşı xam neft hansıdır sualı yəqin ki bir çoxumuzu düşündürən suallardan biridir. Neftin keyfiyyəti onun çəkisi və kükürd tərkibi ilə ölçülür. Heç də dünyada satılan bütün xam neftlərin tərkibi eyni olmur. Bildiyimiz kimi, xam neftdən müxtəlif növdə məhsullar alınır. Bunlar dizel, kerosin (təyyarə yanacağı), mazut, bunker yanacağı, plastiklər, sintetiklər, kosmetikalar, məişət məhsulları və s-dir. Müxtəlif xam neftlərin nəinki müxtəlif tərkibləri, hətta hər bir xam neftin keyfiyyəti müxtəlifdir.  Bəzi xam neftlər digərlərinə nisbətən daha yaxşıdır. Məsəl üçün, Qərbi Texas Aralıq (WTI) neft brendi, dünyada ən yaxşılardan biri və əlbəttə ki, iri həcmdə hasil edilən ən yaxsı neftdir.

Xam neftlərin növündə fərq, xam neftin keyfiyyətində fərq deməkdir, bu da  dünya bazarında müxtəlif xam neftlərin qiymətlərində fərq yaradır.  OilPrice.com mənbəyindən alınan məlumata görə  OPEC neftinin təbii tərkibi yüksək kükürd faizinə malik olması və nəticə etibarı ilə WTI yaxud hətta Brent markalı neft kimi “şirin” olmaması ilə nəticələnir və o, eləcə də təbii halda heç də “yüngül” deyildir. Bütün bunlar uyğun olaraq normalda OPEC neftinin Brent və  WTI markalı neftdən ucuz satılması ilə  nəticələnir.

Müxtəlif yerlərdən hasil edilən xam neftin qiymətinin yüksək və aşağı keyfiyyətdə olması, xam neftin hasil edilməsində cəlb edilən geoloji proseslər ilə də əlaqədardır.

Yüksək və aşağı keyfiyyətli neft

Neftin keyfiyyətinə təsir edən iki əsas amil vardır ki, bu onun səciyyəvi olaraq kükürd tərkibi və çəkisi ilə ölçülür. Yüksək kükürdlü, ağır neft, ən aşağı keyfiyyətdə və qlobal bazarlarda ən az qiymətə satılan neft hesab edilir. Az kükürdlü yüngül neft isə ən yüksək qiymətə satılmasına səbəb olan ən yaxşı keyfiyyətli neftdir.

Yüksək və aşağı keyfiyyətdə xam neft arasında  hər barrelə görə qiymət fərqi əhəmiyyətli dərəcədə ola bilər. O, dəyişkən olduğu halda, qiymət fərqləri heç də həmişə kəskin olmaya bilər. Belə ki, qiymət fərqləri ola bilər. “2005-ci ilin fevral ayında Tapis markasının orta qiyməti hər barrel üçün 55.10 ABŞ dolları olduğu halda, ağır Ərəb neftinin orta qiyməti 33.50 dollara, Brent markalı neftin qiyməti iə 45.42 ABŞ dollar satılırdı”. Bu barədə Enerji sektorunun idarəedilməsinə yardım proqramı (ESMAP) tərəfindən dərc edilən Xam Neftin Qiymətlərində Fərqlər və Neftin Keyfiyyətində Fərqlər: Statistik Təhlil başlıqlı məqalədə qeyd olunurdu.

Neftdə yüksək və aşağı kükürd tərkibi  

Yanacağa xas olaraq istifadə olunan `şirin` və `turş` sənaye terminləri onun tərkibində kükürdün keyfiyyətinin aşağı yaxud yuxarı olması ilə izah edilir. Kükürd yüksək olarsa neft acı dadır, kükürd aşağı olarsa neft şirin dadır.  Tarixən, quyulardan nefti hasil etməyə başlayanda-  kəşfiyyatçılar neftin keyfiyyətini müəyyən etmək üçün onun dadına baxardılar.  Şirin neft adı kimi dadardı, turş neft isə pis dadardı.

Yüksək kükürdlü neftin aşağı keyfiyyətdə olmasının 3 səbəbi vardır- nəticədə bu da onların ucuz qiymətə satılmasına səbəb olur. 1-ci səbəb- yüksək kükürdlü xam neft, xüsusilə də toksiki və yüksək şəkildə qlobal istiləşməyə səbəb olan  daha çox tulantılar yaradır. Türş xam nefti havada olan müxtəlif hissəciklər ilə reaksiyaya girərək kükürd tuşusu və azot oksidi kimi toksiki emisiyalara səbəb olur.

İkinci səbəb, yükək kükürdlü xam neftin aşağı keyfiyyətdə olmasının səbəbi onunla izah olunur ki, o, oksidləşməyə və aşınmaya səbəb olur. Yüksək kükürdlü xam neftin emailı da bahalı proseslərin cəlb olunmasını tələb edir. Neft Emal zavodları müvafiq şəkildə yüksək kükürdlü xam nefti dəstəkləyəcək emal proseslərinə uyğunlaşdılmayıbsa, ona müntəzəm olaraq yaxşı texniki xidmət göstərilmirsə, bu zaman oksidləşmə və korroziyadan yaranan zərər mənfəəti üstələcəyəcəkdir.

Üçüncü səbəb isə yüksək kükürdlü neft, yüksək kükürd tərkibinə görə az dəyərli hesab olunur- petrolun tərkib hissəsi olan karbohidrogenlər enerjini yandırır və enerji yaradır. “Karbon və hidrogen səciyyəvi olaraq xam neftin 98% tərkibini təşkil edir. Qalan tərkib hissəsi isə kükürddən (1-3 %), nitrogen, oksigen, metal və düzdan (hər biri 1% dən az olmaqla) təşkil olunur.

3% həcmində fərqin olması heç də böyük rəqəm kimi səslənməsə də, 3% həcmində fərq, hər barrel neftin qiymətinə əhəmiyyətli təsiri vardır. Hər bir əlavə 1% kükürdün olması, Brent markalı (xam neft) neftin qymətini 0.056% dollar aşağı salır. Səbəbi isə xam neftin tərkibində nə qədər çox kükürd varsa, onda həcm miqyasında bir o qədər az karbohidrogenlər olur.

Xam neftin tərkibində nə qədər çox kükürd olarsa, hər qallon, barrel yaxud litrə düşən enerji də az olur.

Ağır neftin yüngül neftlə müqayisəsi 

Amerika Petrol İnstitutunun (API) dərəcə ifadəsində sıxlığı, xam neftin ağırlıq çəkisinin ölçüsüdür. APİ dərəcə ifadəsində sıxlığı, suya nisbətdə xam neftin çəkisinin ölçüsüdür. Əgər neftin dərəcə ifadəsində sıxlığı 10-dan böyükdürsə, o sudan yüngüldür və orada üzəcəkdir. Əgər neftin APİ dərəcə ifadəsində sıxlığı 10 dan azdırsa, o, sudan ağır olacaqdır və suda batacaqdır.

APİ dərəcə ifadəsində  sıxlığın 4 təsnifatı vardır: yüngül xam neft, orta neft, ağır və ekstra ağır.     Yüngül xam neftin APİ sıxlığı 31.1 dərəcədən çoxdur, orta neftin APİ sıxlığı 22.3 və 31.1 dərəcə arasında dəyişir, ağır xam neftin APİ sıxlığı 22.3 dərəcədən azdır, ekstra ağır neftin APİ sıxlığı 10.0 dərəcədən azdır. APİ sıxlığı, suya nisbətən petrol mayesinin sıxlığının ölçüsünün əksidir (buna eləcə də xüsusi çəkisi də deyilir).

Xam neft nə qədər yüngül olarsa, o qədər də baha olur. Yüngül xam neft yüngül petrol olub, onun az sıxlığı olur və o otaq hərarətində sərbəst şəkildə axır. Onun az   qatılığı, az xüsusi qatılığı və yükək APİ sıxlığı olur ki, bu da yüngül karbohidrogen fraksiyasının yüksək proporsiyasının olması ilə əlaqədardır. Onun ümumiyyətlə, aşağı parafin tərkibi də olur.   Yüngül xam neftin ağır xam neftdən daha baha olmasının səbəbi onunla izah olunur ki, ondan, daha çox benzin və dizel almaq olur, bu ikisi xam neftdən daha çox əldə edilir.