2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Günəş Enerjisinin Atlası
Dünya Bankı Qrupu, öz tərəfdaşlıq etdiyi ölkələrdə günəş enerjisinin həcmini artırmaq məqsədi üçün qlobal, regional və ölkə üzrə GİS məlumat layları və poster xəritələri ardıcıllığına əlavə olaraq, Qlobal Günəş Atlası istifadəyə vermişdir (https://globalsolaratlas.info/map).
Bu layihə, Dünya Bankı və 13 rəsmi ikitərəfli donor təşkilat tərəfindən təşkil olunan multi donor trust fondu Enerji Sektorunun İdarəolunmasına Yardım Proqramı (ESMAP) tərəfindən maliyyələşdirilir. Bu, biokütlə, kiçik su, günəş və külək daxil olmaqla Bərpa Olunan Enerji Resurslarının Xəritəsinin Hazırlanması üzrə ESMAP-ın qlobal təşəbüsüdür.
Dünya Bankı günəş enerjisi üzrə məlumatların qlobal təchizatçısı və əlaqədar günəş enerjisi qiymətləndirmələrini yerinə yetirən Solargis şirkətini seçmişdir. Qlobal Günəş Atlası, Dünya Bankı ilə bağlanmış müqavilə əsasında Solargis tərəfindən, müəllifi olduqları günəş resursları məlumat bazası əsasında hazırlanmışdır.
Qlobal Günəş Atlasının istifadəyə verilməsində əsas məqsəd, günəş resurslarına və fotovoltaik enerji potensialı üzrə qlobal məlumatlara çevik və asan şəkildə əlçatanlılığı təmin etməkdir. Qlobal, regional və ölkə üzrə resurs potensialını götərən GİS layları və poster xəritələr səhifənin https://globalsolaratlas.info/download keçidinə daxil olmaqla əldə edilə bilər. Təchiz olunan məlumatların ətraflı təsviri, günəş resursları potensialının qiymətləndirilməsi üçün metodologiya və ondan necə istifadə etməyin təlimatı https://globalsolaratlas.info/support/methodology keçidinə daxil olmaqla əldə edilə bilər.