2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
GÜNƏŞ ENERJİİSİ ÜZRƏ QLOBAL BAZARA BAXIŞ, 2021-2025
2020-ci ildə dünyada COVİD -19 pandemiyasının kəskin təsirinə baxmayaraq, bu ildə 138.2 QVt qurulu günəş enerji texnologiyasının qurulmasının şahidi olduq. Bu da 2019-cu il ilə müqayisədə 18%-i çox olub, günəş PV sektoru üzrə qlobal illik quraşdırma üzrə digər bir rekorddur. Bu, eləcə də 22% artım olmaqla qlobal olaraq ümumi günəş gücünü 773.2 QVt -a gətirib çatdırır və bir teravatın 3/4- nü aşmaqla günəş enerji sektorunda yeni bir nailiyyətdir. Bu təəccübedici güclü artım, 39% qlobal paya çatmaqla yeni quraşdırılan enerji istehsal texnologiyaları arasında dominantlıq təşkil edir və özlüyündə isə belə bir təəsürat doğuran fakta çevrilir ki, 2020-ci ildə quraşdırılan hər üçüncü elektrik stansiyası günəş stansiyasıdır. Eyni zamanda, günəşin ümumi elektrik istehsal payı 0.5% nöqtəsindən təxminən 3.1% -ə kimi artıb. Halbuki təxminən 70% elektrik enerjisinin istehsal payı hələ də karbohidrogen və nüvə stansiyalarının payına düşür ki, bütün bular günəş enerji isifadəsinin sürətlənməsinə ehtiyac olduğunu göstərir.
Yaxşı xəbər odur ki, günəş texnologiyalarının rəqabətəqabiliyyətliliyi 2020-ci ildə daha da artmış və qaz, kömür və nüvənin qiymətinin qalxması ilə ənənəvi istehsal texnologiyalarına daha geniş şəkildə nüfuz etmişdir. İndi şəbəkə ölçülü günəş stansiyalarında bütün seqmentləri boyunca günəş enerjisi xərc baxımdan yaxşılaşmışdır, hətta bütün subsudiya olunmayan sərmayə vəziyyətlərində karbohidrogen yanacağı ilə işləyən stansiyalarını belə üstələyir. Bu, eləcə də Lazard sərmayə bankına uyğun olaraq qaz kalonkaları ilə müqayisədə maksimum tələbatı ödəmək üçün günəş+saxlama qurğularına şamil edilir. Bu baxımdan günəşin qabaqcıl olması 2020-ci ildə keçirilən bir çox tenderlərdə müşahidə olunub, belə ki, müxtəlif coğrafi regionlarda bir neçə qalib tender əvvəlki ilin rekord aşağı qiymətini üstələyir.
Hesabatla ətraflı tanış olmaq üçün keçidə daxil olun.