GE-nin Tədqiqatçıları 12 MVt-lıq Üzən Külək Turbin Konsepti üzərində işləyir

 GE-nin Tədqiqatçıları 12 MVt-lıq Üzən Külək Turbin Konsepti üzərində  işləyir

Dünyaca məşhur General Electric (GE) şirkətinin  təqdqiqatçıları, 12 MVt-lıq üzən külək turbinini layihələndirmək və onu dəstəkləyəcək qabaqcıl nəzarət avadanlıqlarını işləyib hazırlamaq üçün ARPA-E ATLANTİS (Dəniz texnologiyaları ilə uyğunlaşan və üzən  Aerodinamik Turbinlər və inteqrə edilmiş servo idarəetmə) vasitəsilə 4 milyon dollarlıq hələ də davam etməkdə olan iki illik proqramın təfərrüatlarını açıqlamışlar.  GE, bu layihədə dəniz sənayesində aparıcı layihələndirmə və məsləhətçi firma olan Glosten və dartıcı ayaqlı platforması olan  üzən külək turbinlərinin özülünün işlənib hazırlanmasında tanınmış  PelaStar ilə əməkdaşlıq edir.

Üzən Külək Turbin Layihəsi, GE Tədqiqat bölməsinin bir neçə qabaqcıl enerji texnologiyalarından biridir.

ARPA-E-nin Atlantis proqramının əsas məqsədi üzən külək enerji texnologiyalarının gələcəyini təşfiq etməkdir. 12 MVt-lıq GE turbininin Glostenin dartıcı ayaqlı platforması ilə birgə işlənməsində  komanda heyəti, dayaqda 35% -ə qədər az kütləyə malik və üzən platforması olan yüngül çəkili Üzən Turbinin layihələndirmək işini öz üzərlərinə götürmüşlər. Bu da öz növbəsinə bu turbinlərdə istehsal olunacaq enerjinin normallaşdırılmış dəyərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnəcəkdir. Bunu mümkün edəcək əsas prinsip isə dayaq və üzən platforma ilə nəzarət sistemlərinin birgə layihələndirilməsidir.

GE Tədqiqat və Glosten arasında birgə tədqiqat qrupu texnologiyanın bütün sahələrində 10 illiklərin bilik və təcrübəsini, o cümlədən turbinin idarəetməsini, konstruksiyasını, aero mühəndisliyi, dəniz memarlıq işini və hidrodinamikanı layihənin məqsədlərinə nail olmaq üçün bir araya gətirir.

Model əsaslı nəzarət sistemlərində baş mühəndis və layihənin əsas tədqiqatçısı olan Rogier Blomun sözlərinə görə 850+ fut kimi kütləni saxlaya biləcək konstruksiyası olan üzən platformanın quraşdırılması, böyük əmək tələb edən işdir. O, bu işdə həm layihələndirmənin, həmdə nəzarət sistemlərinin rolunu xüsusilə vurğulayıb.

Blom qeyd etmişdir ki, üzən külək qurğularının işə salınması, dənizdə külək potensialından istifadəni əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. Sabit dayaqlı külək turbinləri 60 m yaxud az dərinlikdə quraşdırıla bildiyi halda, üzən külək türbinləri dərinliyi 60 m –dən çox olan su hövzələrində külək türbin qurğularının quraşdırılmasını əhəmiyyətli dərəcədə artırmağa xidmət göstərəcəkdir.

Məlumat  https://www.ge.com/research/newsroom/ge-researchers-unveil-12-mw-floating-wind-turbine-concept mənbəyinə istinadən təqdim edilir.