2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Equinor şirkətinin “yaşıl hidrogen” təcrübəsi öyrənilir
Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə onlayn formatda seminar keçirilib. Tədbir Energetika Nazirliyi və “Equinor” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində “yaşıl hidrogen” sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.
Seminarda yeni dayanıqlı enerji növləri, xüsusilə bərpa olunan enerji və hidrogen enerjisi üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd edilib, “Equinor” şirkətinin hidrogen sahəsində geniş təcrübəyə malik olduğu, şirkətin “yaşıl hidrogen” strategiyasının təmiz və dayanıqlı enerji, az karbonlu hədəfləri əhatə etdiyi vurğulanıb.
Sonra “Equinor” şirkətinin mütəxəssisləri tərəfindən “yaşıl hidrogen” mövzusunda təqdimat nümayiş etdirilib. Hidrogen bazarları, “Equinor” şirkətinin hidrogen strategiyası, şirkətin həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.
Seminarda Azərbaycanda gələcəkdə hidrogen layihələrinin həyata keçirilməsi, elektrik enerjisi bazarında hidrogenin iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.