“Equinor” şirkətinin “dənizdə külək enerjisi” ilə bağlı təcrübəsi öyrənilir

 “Equinor” şirkətinin “dənizdə külək enerjisi” ilə bağlı təcrübəsi öyrənilir
Azərbaycan Respublikası Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə #seminar keçirilib. Onlayn formatda keçirilən seminarda #dənizdəkülək enerjisi sahəsində geniş #müzakirələr aparılıb.
​Seminarda bərpa olunan #enerji növlərindən olan dənizdə külək enerjisinin əhəmiyyəti qeyd edilib, həmçinin “Equinor” şirkətinin bu sahədə mövcud təcrübəsi, gələcək #layihələri müzakirə olunub.
Daha sonra, Azərbaycanın dənizdə külək enerjisi #potensialından danışılıb. Ölkəmizin bu sahədə kifayət qədər potensialının olduğu bildirilib, gələcək #əməkdaşlıqlar, dəstək mexanizmi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.