Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı baş tutub
“Equinor” şirkətinin “dənizdə külək enerjisi” ilə bağlı təcrübəsi öyrənilir

Azərbaycan Respublikası Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə #seminar keçirilib. Onlayn formatda keçirilən seminarda #dənizdəkülək enerjisi sahəsində geniş #müzakirələr aparılıb.
Seminarda bərpa olunan #enerji növlərindən olan dənizdə külək enerjisinin əhəmiyyəti qeyd edilib, həmçinin “Equinor” şirkətinin bu sahədə mövcud təcrübəsi, gələcək #layihələri müzakirə olunub.
Daha sonra, Azərbaycanın dənizdə külək enerjisi #potensialından danışılıb. Ölkəmizin bu sahədə kifayət qədər potensialının olduğu bildirilib, gələcək #əməkdaşlıqlar, dəstək mexanizmi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.