Enerji Siyasətinin Qiymətləndirilməsi, Azərbaycan 2021

 Enerji Siyasətinin Qiymətləndirilməsi, Azərbaycan 2021

Beynəlxalq Enerji Agentliyi Azərbaycanın enerji siyasətinin qiymətləndiriməsi üzrə hesabat dərc etmişdir.

Hesabatda qeyd olunur ki, Azərbaycan üçün firavan və iqlim baxımdan dayanıqlı gələcəyə hazırlıq üçün bazar islahatları, enerji səmərəlilik tədbirləri və təmiz enerji zəruridir. Orta müddətdə Azərbaycanın iqtisadiyyatında neft və qaz dominantlıq etməyə davam edəcəkdir, lakin əsas idxalçıların sıfır karbon tullantısı öhdəliklərinə qoşulduqlarına görə uzun müddətdə karbohidrogen resurslarının ixracı qeyri-müəyyən olaraq qalır.

Beynəlxalq Enerji Agentliyinin  yeni siyasət qiymətləndirməsinə görə Azərbaycan ölkə daxilində və xaricində təmiz enerji keçidlərinə hazırlıqlar üçün  enerji bazarlarının islahatlarından, enerji səmərəlilik tələblərindən və daha  təmiz enerji sahəsində görülən tədbirlərdən faydalanacaqdır.

Hesabata görə orta müddətdə Azərbaycanın iqtisadiyyatında neft və qaz dominantlıq etməyə davam etdiyi halda,  əsas ticarət partnyorarının sıfır karbon emisiyası öhdəliklərinə qoşulması səbəbindən ölkənin karbohidrogen resurslarinın ixracı üzrə uzun müddətli tələb sual doğurur.

Hesabatda eləcə də Azərbaycanın qlobal enerji təhlükəsizliyi üçün etibarlı ixracatçı olması bildirimiş, enerji təchizatını və istehlakını daha səmərəli şəkildə və müxtəlif mənbələrdən yerinə yetirməsi təklif edilir. Hesabatda eləcə də enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunun qəbul edilməsi və onun effektiv icrasının təmin olunmasına həvəsləndirilmişdir.

Daha sonra hesabatda xərcləri ödəyən tariflərin tətbiqinin vacibliyi,  enerji səmərəlilik üçün böyük potensialın olduğu və bu istiqamətdə səylərin artırılması təmiz enerjiyə keçidə eləcə də yeni iş yerlərinin yaradılmasına tövfə verəcəyi  vurğulanmışdır.

Hesabatla ətraflı tanış olmaq üçün növbti keçidə daxil olun Azerbaijan2021EnergyPolicyReview.