Enerji sektoruna sərmayənin 2021-ci ildə təxminən 10% həcmində artması hədəf alınıb

 Enerji sektoruna sərmayənin 2021-ci ildə təxminən 10%  həcmində artması hədəf alınıb

Bu barədə Beynəlxalq Enerji Agentliyinin 2021-ci il Dünyada Enerji Sektorunda Sərmayə adlı nəşrinin xülasəsində deyilir.  

Pandemiyanın səbəb olduğu azalmanın əksinə olaraq qlobal enerji sektoruna sərmayənin 2021-ci ildə təxminən 10%  həcmində artması hədəf alınıb

2021-ci ildə illik qlobal enerji sərmayəsinin 1.9 trilyon ABŞ dollarına qalxması hədəf alınıb ki, bu da təxminən 2020-ci il səviyyəsindən 10% çox olub,  ümumi sərmayə həcmini böhrandan qabaqkı səviyyəsinə gətirib çıxardır. Lakin, sərmayənin tərkibi elektrik enerjisi və son istifadəçi sektoruna doğru, lakin ənənəvi yanacaqla işləyən istehsaldan uzaqlaşmış şəkildə dəyişir.  Ölkələr arasında  əhəmiyyətli müxtəlifliyin olmasına baxmayaraq, sərmayənin gələcəyi nəzərəçarpacaq dərəcədə iqtisadi artımla bərabər yaxşılaşmışdır. Qlobal enerji tələbatı, 2021-ci ildə 4.6% -a kimi artmaq hədəf almışdır ki, bu da Beynəlxalq Enerji Agentliyinin son qiymətləndirmələrinə görə  2020-ci ildə  4 % azalmanı əvəzləyir. Bir çox enerji şirkətlərinin zəif maliyyə vəziyyətlərində qaldıqlarından, valyuta siyasətlərində uyğun dəyişiklik etmək istəyən sərmayədarların nişanələrini və eləcə də hökumətlərin  infrastrukturun inkişafını və yeni layihələrdə sərmayə  planlarını dəsdəklədiklərini görmək olar.

2021-ci ildə sərmayələrdə gözlənilən artım təmiz texnologiya yönümlü kapital axınlarında struktur dəyişməni və bərpa olunmaq üçün dövrü cavabın qarışığıdır. Lakin daha dayanıqlı enerji keçidinə daxil olmağa zəruri ehtiyacın olmağına baxamayaraq, 2020-ci ildə illik ən böyük düşmənin ardınca  qlobal karbon dioksid emisiyaları qalxmaqda davam edir.