Enerji Səmərəliliyi üzrə Qanun layihəsi baxılmaq üçün Milli Məclisə təqdim edilib

 Enerji Səmərəliliyi üzrə Qanun layihəsi baxılmaq üçün Milli Məclisə təqdim edilib

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi Milli Məclisə baxılmaq üçün təqdim edilib. Qanun layihəsi 8 fəsil, 23 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsində enerji menecment sistemlərinin tətbiqi ilə yanaşı, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə təşviqedici tədbirlərin, iqtisadi və maliyyə tədbirlərin yerinə yetirilməsi, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi  sahəsində informasiya təminatının həyata keçirilməsi, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi  sahəsində elmi-texniki təminat və kadr hazırlığı, enerji effektivliyi fondunun yaradılması və fəaliyyəti üzrə sahələr  öz əkini tapmışdır.

Məlumat www.apa.az istinadən təqdim edilir.