Enerji resurslarından səmərəli istifadə haqqında qanun təsdiq edilib

 Enerji resurslarından səmərəli istifadə haqqında qanun təsdiq edilib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 20.08.2021 –ci il tarixində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanununu” təsdiq edib. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.