ISO 50001: Enerji Menecement Sistemlərinin Tətbiqi üzrə Təlimat

 ISO 50001: Enerji Menecement Sistemlərinin Tətbiqi üzrə Təlimat

Beynəlxalq Standartlaşdırma Təşkilatı (https://www.iso.org/home.html) digər keyfiyyət və idarəetmə sistemləri ilə yanaşı müəssisələrdə enerji menecment sistemlərinin tətbiqi üçün təlimat hazırlayıb. Digər idarəetmə sistemlər ilə müqayisədə Enerji Menecment Sistemi yeni olub, 2011-ci ildən dərc olunur. Təlmatın 2-ci nəşri  2018-ci ildə hazırlanmışdır. Enerji mencement sistemlərinin tətbiqi müəssisələrə aşağıda qeyd edilmiş faydaları vəd edir:

  • Enerjidən daha səmərəli istifadəni təmin edəcək siyasətin formalaşdırılması;
  • Siyasətə nail olmaq üçün məqsədyönlü həfəd və məqədlər qoyur;
  • Əldə edilən məlumatlardan istifadə etməklə enerjidən istifadəni daha yaxşı başa düşmək və qərarlar qəbul etmək;
  • Əldə olunan nəticələrin ölçülməsi;
  • Enerji menecement sistemlərinin davamlı olaraq təkmilləşdirilməsi;

İSO 50001 Enerji Menecment Sistemləri üzrə təlimatın hazırlanılmasında məqsəd, enerji səmərəlililik, enerjidən istifadə və enerji sərfi daxil olmaqla davamlı şəkildə enerji istifadəsində iş göstəricilərini yaxşılaşdırmaq üçün zəruri olan sistem və proseslər qurmaqla, müəssisəyə köməklik göstərməkdən ibarətdir. Bu təlimat, bir müəssisə üçün enerji menecment sistemi üzrə tələbləri müəyyən edir. Enerji menecment sisteminin uğurlu tətbiqi, müəssisədə xüsusilə rəhbərlik başda olmaqla təşkilatın bütün struktur səviyyələrində öhdəlik götürməklə enerji istifadəsində iş göstəricilərinin yaxşılaşdırılması ənənəsini dəstəkləyir.

Təlimat müəssisənin nəzarətində olan bütün fəaliyyətlərə şamil olunur. Onun tətbiqi, məxsusi olaraq müəssisənin xüsusi tələblərinə, o cümlədən sistemlərin mürəkəbliyinə, sənədləşdirilən informasiyanın dərəcəsinə və mövcud resurslarına uyğunlaşdırıla bilər.
Enerji menecment sistemlərinin işlənib hazırlanması və həyata keçirilməsinə, enerji səmərəlililiyi, enerjidən istifadə və enerji sərfi ilə əlaqədar hazırlanılan enerji siyasəti, enerji məqsədləri, enerji hədəfləri və tədbirlər planları daxildir ki, bu zaman qüvvədə olan hüquqi tələblər və digər tələbləri ödəmək mütləq zəruriyyət hesab olunur. Enerji menecment sistemləri (EMS), müəssisəyə məqsədlər və enerji hədəfləri qoymaqda və onlara nail olmaqda, lazım gəldikdə isə enerji iş göstərcilərində yaxşılaşdırmaya nail olmaq üçün tədbirlər görməkdə və idarəetmə sisteminin bu təlimatın tələbləri ilə uyğunluq təşkil etməsini nümayiş etdirməkdə köməklik göstərir.

Təlimatla tam olaraq tanış olmaq üçün növbəti keçidə daxil olun.