Enerji idarəçisinə dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası təsdiq edilib

 Enerji idarəçisinə dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası təsdiq edilib

Nazirlər Kabinetinin 436 №-li Qərarına dair izah

https://nk.gov.az/az/document/6564/

Qərarla təsdiq edilmiş Qayda illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında məcburi təyin olunan və enerjinin səmərəli istifadəsinə məsul şəxs – enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyası mexanizmini müəyyən edir.

Bu Qaydaya uyğun olaraq energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsi olan şəxslər attestasiyadan keçdikdən sonra enerji idarəçisi (meneceri) kimi təyin edilə bilərlər.