Enerji Balansını Sankey diaqramları ilə vizuallaşdırın

 Enerji Balansını Sankey diaqramları ilə vizuallaşdırın

Eurostat, ölkələr üzrə enerji balanslarını vizuallaşdırmaq üçün statistik məlumatlar əsasında ölkələrin enerji balanslarını qurmaq üçün online alət təqdim edir. Bu alətdən istifadə etmək üçün keçidə daxil olun.
Sankey diaqramı enerji, material yaxud pul kütləsinin qrafiki axın təsviri olub, burada hadisələrin yaxud mərhələllərin ardıcıllığı göstərilməklə birləşdirilə, ayrıla və izlənilə bilər. Hər bir axının qalınlığı, axında olan enerjinin miqdarını göstərir. 1898 –ci ildə buxar mühərrikində enerji səmərəliliyi üzrə nəşrində bu tip diaqramdan istifadə edən İrishman Matthew H. P. R. Sankeynin adına olan Sankey diaqramlarından səciyyəvi olaraq proseslər arasında enerji daşınmalarını vizuallaşdırmaq üçün istifadə edilir.

Sankey diaqramından əsasən cədvəl şəkilində təqdim edilən enerji balanslarını visuallaşdırmaq üçün istifadə edilir.
Eurorstatın təqdim etdiyi online Sankey diaqramına oxşar alətlər, Beynəlxalq Enerji AgentliyiABŞ –ın Enerji Departamenti tərəfindən  də təqdim edilir.