Enerji Auditorun Alətlər dəsti

 Enerji Auditorun Alətlər dəsti

Enerji audit, təsərrüfatda enerji istifadə yerlərini, eləcə də həmin yerlərdə enerjidən istifadə növləri üzrə enerji sərfiyyatını müəyyən etməklə enerjiyə qənaət etmək üçün mümkün tədbirlərin müəyyən edilməsi ilə nəticələnən bir vasitədir. Enerji audit, enerji menecment sistemlərinin tətbiqində zəruri icra edilməli tədbirlər sırasındadır. Enerji audit təsərüfatlarda vaxtaşırı müstəqil şəkildə də tətbiq edilə bilər ki, bu işin nəticəsində təsərüfat sahibinə  enerji səmərəliliyinə nail olmaq üçün birinci dərəcəli və ikinci dərəcəli tədbirlər planı təqdim edilir. Bu tədbirlər planında, eləcə də  müəyyən edimiş tədbirlərin tətbiq edilməsi ilə  əldə olunacaq enerjiyə qənaətin həcmi də müəyyən olunur.

Hər hansı təsərüfatda enerji audit işinin yerinə yetirilməsi müvafiq ölçmə işlərinin yerinə yetirilməsini zəruri edir. Bəzən bu ölçmə işlərində çevik əldə edilə bilən sayğac göstəricilərinə istinad edildiyi halda, təsərüfatlarda heç də bütün hallarda enerji sərfi yerlərində ölçü cihazlarının əlyetərli olacağı, yaxud düzgün quraşdırıldığına və işləməsinə zəmanət yoxdur. Enerji auditorunun digər vəzifəsi isə,  əldə edilən bu enerji sərfiyyat göstəricilərini yoxlamaq və ekspert yanaşması qoymaqla həmin məlumatların etibarlılığını müəyyən etməkdir.   Enerji audit zamanı istifadə edilən bir sıra alətlər enerji auditoruna  müvafiq ölçmələri yerinə yetirməyə və bununla da  əldə edilən nəticələr əsasında müvafiq qərarlar verməyə köməklik göstərir.

Metrə, sadə ölçmə işlərini yerinə yetirmək üçün alət olub, izolyasiyanın qalınlığını, divarların və pəncərələrin ölçülərini, boruların uzunluğunu, obyektlərin bir-birindən yerləşmə məsafəsini müəyyən etmək üçün obyektlər arasında məsafəni və s. müəyyən etməyə istifadə edilir.
İşıq ölçən (Lightmeter) –Otaqlarda və obyektlərdə işıqlandırmanın səviyyəsini ölçür. Portativ rəqəmsal işıq ölçən cihaz, oxşar tipdə olan avadanlıqlar içərisində ən faydalı hesab olunur. Bu cihazdan istifadə edərək hədsiz işıqlandırılan ərazilər aşkar edilir ki, bu zaman auditorlar müəyyən lampaların çıxarılması tövsiyyəsi və yaxud nəticədə eyni miqdarda işıqlandırmaya nail olmaq üçün mövcud qeyri-səmərəli lampaların yenisi ilə əvəz olunması təklifi ilə çıxış edirlər. İşıqlandırma səviyyəsi müxtəlif ərazilər üçün fərqlənir.
Termometrlər – Ofisdə və binalarda ətraf hərarəti ölçmək və mühərrriklər və iş prosesləri kimi işlək vəziyyətdə olan avadanlıqların hərarətini ölçmək üçün bir neçə növdə termometr tələb olunur. Emal proseslərin hərarətinin müəyyən olunması emal avadanlıqlarının səmərəliliyinin ölçülməsinə yol verir. Ümumi istifadədə olan növlər immersiya sınaqları, səth hərarəti üçün sınaqlar və həqiqi hava hərarətinin ölçülməsi üçün radiasiya qoruyucusu sınaqlarıdır. İnfraqırmızı termometrlər və termoqrafik avadanlıqlar eləcə də mövcuddur. Bundan əlavə infraqırmızı “tapança” kimi termometrlər, eləcə də uzaq hündürlüklərdə yerləşən səthəri və yaxud buxar xəttlərini ölçmək üçün istifadə edilir.
Rütubət sensorları da daxili havanın rütubət səviyyəsini ölçmək üçün istifadə edilir. Hədsiz nəmləndirilmiş və yaxud nəmsizləndirilmə bahalıdır və asantlıqla qeyd edilmiş alətlərin köməkliyi ilə ölçülür. Rütubət sensorları, şeh nöqtələri, nəm lampalar yaxud havanın istilik funksiyası əsasında nəzarət aparmaq seçimləri olan bəzi ekonomizerlərin nəzarət funksiyalarının iş göstəriclərinin ölçülməsi üçün dəyərli hesab olunur ki, bu da və nəm lampanın hərarətindən soyutma qülləsinin optimallaşdırılması üçün istifadə edilir.
İnfraqırmızı kameralar – bu kameralardan hədsiz qızmış elektrik məftilləri, birləşmələri, neytralları, açarları, transformatorları, mühərrikləri və elektrik avadanlıqlarının digər hissələrinin aşkar edilməsi üçün istifadə edilir. O eləcə də nəm izolyasiyanı, çatışmayan izolyasiyanı, dam sızmalarını və soyuq nöqtələri aşkar etmək üçün dəyərlidir. Bu kameralar həm təhlükəsizlik ilə əlaqədar diaqnostika, həm də  enerjiyə qənaət üzrə diaqnostikanın aparılması üçün faydalıdır.
Voltmetr – Rəqəmsal voltmetrdən, avadanığın üzərində göstəricilər lövhəciyinin olmadığı yaxud oxunaqlı olmadığı hallarda, elektrik avadanlıqlarında işçi gərginliyini ölçmək üçün istifadə edilir. Naqillərdə cərəyanı ölçmək üçün bərkitmə xüsusiyyəti ilə rəqəmsal birgə volt-ohm-ampermetr vardır. Bu tipdə olan multimetrlər çox sayda ölçmələri bir cihazın kəməkliyi ilə yerinə yetirmək üçün sahədə audit aparan zaman rahatdır. Bu cihazlar, harmonikanın olduğu yerlərdə ən böyük dəqiqlik ilə həqiqi RMS ölçən olmalı olmalıdır.
Sıxaclı ampermetrdən hər hansı elektrik birləşməsi etmədən naqillərdə cərəyanı ölçmək üçün istifadə edilir. Sıxac açılır və izolyasiya olunmuş naqilin ətarfına qoyulur və ölçü uyğun olaraq naqildən keçən cərəyanı oxuyur. Yeni sıxaclı ampermetr RMS göstəricilərini oxuyur. Bir çox qurğu və binalarda harmonikanın səviyyəsinə görə bu vacib parameter hesab olunur. Qeyri-RMS ampermetrdən istifadə etməklə və cərəyanı ölçmək üçün həqiqi RMS ampermetrdən istifadə etməklə yükdə harmonikanın səviyyəsi öçülə bilər. İki oxunuş arasında 5-10% fərq yaranarsa, onda bu o deməkdir ki, yükdə əhəmiyyətli dərəcədə harmonik tərkib var.
Vatmetr /güc əmsalı ölçən– Portativ əldə tutulan vattmetr və güc əmsalı ölçən alətdən mühərriklərin və digər induktiv cihazların enerji sərfini və güc əmsalını ölçmək üçün istifadə edilir. Yeni cihazlar, harmonikanın ola biləcəyi yerlərdə ölçmələr üçün ən böyük dəqiqlik baxımından dəyərli olan həqiqi RMS ölçəndir.
Yanmanı təhlil edən analizator – portativ əldə tutulan cihazlar sobaların, qazanların yaxud digər yanacaq yandıran maşınların yanma səmərəliliyini qiymətləndirmək üçün istifadə edilir. Elektron rəqəmsal yanma qurğusu dəqiq ölçmələr yerinə yetirir və yanma səmərəliliyini faizlə çıxardır.
Hava axınını ölçmə qurğularından qızıdırılma, hava soyutma yaxud havalandırma şaxtasından yaxud hava axınının digər mənbələrindən gələn hava axınını ölçmək üçün istifadə edilir. Qaz qızıdırıcısına gedən yanma hava axını kimi hava axınında hər hansı problemin olmasını müəyyən edir. Səciyyəvi hava axınını ölçən cihazlara velometr, anemometr və hava sovuran daxildir.
Ventilyatorun qapı çıxıntısından (blower door attachment) binanın yaxud konstruksiyanın kipliyini ölçmək üçün istifadə edilir. Bu qurğudan binada hər saatda hava axınının sürətini yaxud hər saatda hava dəyişmələrinin sayını ölçmək üçün istifadə edilir. Bu qurğu kipləşməli olan konstruksiyalarda yaxud şaxtalarda sızmaları aşkar edir.
Tüstü generatoru – bu sadə tüstü generatoru olub, qapıların, pəncərələrin, şaxtaların, digər konstruksiya avadanlığının ətrafında hava infiltrasiyasını və sızmasını aşkar etmək üçün istifadə edilir.
Təhlükəsizlik avadanlığı – Enerji audit işini yerinə yetirmək üçün sahəyə səfər edən enerji auditoru təhlükəsizlik tədbirlərini də nəzərə almalıdır. İstehsal qurğularına audit səfəri zamanı bir cüt təhlükəsizlik eynəkləri geyinmək zəruridir. Maşın zalı kimi səs-küylü yerlərdə kaska ilə qulaq qoryucusu geyinmək lazımdır. Elektrik ölçmə işləri yetinə yetirən zaman elektrik izolyasiya əlcəkləri geyinmək lazımdır. Qazan və qızdırıcıların ətrafında ölçmələr yerinə yetirəndə istilik izolyasiya əlcəklərdən istifadə edilməlidir. Zəhərli tüstünün olduğu yerlərdə nəfəs maskaları geyinilməlidir. İti materiallar və ya zəhərli materiallar istifadə edilən dəmir sexlərində enerji audit aparan zaman dəmir ucluğu olan və dəmirli təhlükəsizlik ayaqqabılardan istifadə edilməlidir.
Mini Data registrator – Xarici sensorları olan mini data registratoru, cərəyanı, gərginliyi, tam gücü (kVA), təzyiqi və CO2-nin qeydiyyatını apara bilər. Onlarda mikrokompyuter nəzarət çipi və yaddaş çipi olur ki, bu müəyyən gündən həftəyə həftəyə kimi zaman müddəti üzrə məlumatların qeydiyyatını aparmağa icazə verir. Onlar datanı 24 saat, yəni bir gün ərzində auditor tərəfindən müdaxilə olunmadan qeydiyyatını aparır. Bu məlumatlar rəqəmsal kompyuter ilə interfays olunur və onları istifadəçilərin iş səhifələrinə köçürtmək olur. Audit olunmuş məlumatların bu məlumat registratorları ilə toplanması auditorlara daha dəqiq və tam məlumat verir ki, bu zaman onlarda enerji sərfi üzrə tam təsəvvür yaranır.
Vibrasiyanın analizini aparan ölçü – Bu cihaz istismarda olan maşının vibrasiyasının aplitudasını ölçür. Maşının vəziyyəti (yastıqların vəziyyəti, şkivin düzəndirilməsi və s) ilə enerji sərfi arasında güclü əlaqə olduğunu nəzərə alaraq, maşının hazırki vəziyyəti haqqında fikir yürütmək olar. Bu cihaz titrəyən avadanlığın inç /san yaxud mm/san ilə həmin anda aplitudasının göstəricilərini verir. Vibrasiyanın aplitudasının həmin avadanlıq üçün vibrasiya səviyyəsinə qarşı yoxlamasını aparmaqla, auditor maşının vəziyyəti haqqında mülahizə yürüdə bilər.