Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında

 Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında

Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 dekabr 2022-ci il

                      № 435

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 435 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması

 

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6.14-cü maddəsinə əsasən hazırlanmışdır və enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. enerji auditinin obyekti – enerji auditi keçirilən təsərrüfatlar (və ya onların binaları, tikililəri və qurğuları, hissələri, istehsalat və ya xidmət sahələri) və ya binalar (qurğular);

1.3.2. sifarişçi – enerji auditi xidmətini satın alan təsərrüfat subyekti və ya bina mülkiyyətçisi (idarəçisi).

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

  1. Enerji auditorunun hüquq və vəzifələri

2.1. Enerji auditorunun hüquqları aşağıdakılardır:

2.1.1. enerji auditinin obyektinə dair tələb olunan sənədlərlə tanış olmaq, sifarişçidən məlumatları almaq, enerji auditinin obyektinə maneəsiz daxil olmaq və ölçmə (sınaq) işlərini aparmaq;

2.1.2. sifarişçi tərəfindən bu Qaydanın 3.9.1-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən məlumatların və sənədlərin təqdim edilmədiyi, habelə enerji auditinin obyektinə daxil olmağa maneə yaradıldığı təqdirdə enerji auditini keçirməkdən imtina etmək.

2.2. Enerji auditorunun vəzifələri aşağıdakılardır:

2.2.1. enerji auditinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq aparılmasını təmin etmək;

2.2.2. bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş hallarda dərhal sifarişçiyə və enerji auditi üzrə təşkilata məlumat vermək;

2.2.3. enerji auditinin keçirilməsi zamanı əldə edilən kommersiya və Azərbaycan Respublikasının qanunları ilə qorunan digər məlumatları gizli saxlamaq, özünün və ya üçüncü şəxslərin mənafeyi üçün istifadə etməmək;

2.2.4. enerji auditinin keçirilməsi zamanı alınmış və bu Qaydanın tələblərinə əsasən tərtib edilmiş sənədlərin elektron qaydada uçotunu aparmaq və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə saxlanılmasını təmin etmək.

2.3. Aşağıdakı hallarda enerji auditoru tərəfindən enerji auditinin keçirilməsinə yol verilmir:

2.3.1. enerji auditinin obyekti ilə bağlı maraqlar toqquşması hallarının (enerji auditorunun şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqlar, əlaqələr və ya auditorun obyektivliyinə və qərəzsizliyinə təsir edən digər amillər) olduğu müəyyən edildikdə;

2.3.2. enerji auditi aparılan təsərrüfat subyektinin rəhbərliyindən (idarə heyəti olduqda onun üzvlərindən) və ya bina mülkiyyətçisindən (idarəçisindən) hər hansı bir şəxslə enerji auditorunun yaxın qohumluq əlaqəsi (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları, övladlığa götürənlər və övladlığa götürülənlər) olduqda.

2.4. Bu Qaydanın 2.3-cü bəndində qeyd edilən hallar müəyyən edildikdə enerji auditoru digər enerji auditoru ilə əvəz edilir.

 

  1. Enerji auditinin keçirilməsi qaydası

 

3.1. Enerji auditi Qanuna uyğun olaraq könüllü və məcburi keçirilə bilər.

3.2. Qanunun 6.3-cü maddəsinə uyğun olaraq məcburi enerji auditi 3 (üç) ildən bir, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən enerji auditi obyektlərində keçirilir.

3.3. Enerji auditi enerji auditoru ilə sifarişçi arasında bağlanılmış müqaviləyə (bundan sonra – müqavilə) əsasən aparılır.

3.4. Enerji auditinin keçirilmə müddəti enerji auditi obyektinin növündən, ölçüsündən, enerji resurslarının istehlakı həcmindən asılı olaraq sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilir.

3.5. Enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği müqavilə tərəfləri arasındakı razılaşmaya əsasən iş həcmindən asılı olaraq müəyyən edilir.

3.6. Enerji auditi enerji auditi obyektinin mövsümi enerji istehlakı göstəriciləri nəzərə alınmaqla keçirilir. Bu Qaydanın 3.9.2-ci yarımbəndində qeyd edilən ölçmə (sınaq) mərhələsi bina, tikili və qurğulara malik enerji auditinin obyektinə münasibətdə həm qış, həm də yay mövsümlərində aparılır.

3.7. İş həcmindən asılı olaraq enerji auditoru sifarişçi ilə razılaşdırmaqla işə submüqavilə əsasında digər enerji auditorlarını cəlb etmək hüququna malikdir.

3.8. Sifarişçi bu Qaydanın 3.9.1-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən məlumatların və sənədlərin enerji auditoruna təqdim edilməsini və enerji auditi obyektlərinə maneəsiz girişini təmin edir.

3.9. Enerji auditi aşağıdakı mərhələlərdən ibarətdir:

3.9.1. hazırlıq mərhələsi:

  1. müqavilə üzrə işlərin həcminin və dəyərinin müəyyən edilməsi məqsədilə enerji auditinin obyektinə enerji auditoru tərəfindən baxış keçirilir, ilkin məlumatlar alınır və təhlil edilir;
  2. həyata keçiriləcək tədbirlər, onların həyata keçirilməsi vasitələri, icra müddəti və məsul şəxslər qeyd edilməklə enerji auditinin iş planı hazırlanır;
  3. sifarişçi tərəfindən təqdim edilməsi tələb olunan, onun sərəncamında olan və enerji auditinin keçirilməsi üçün zəruri olan məlumatların və sənədlərin siyahısı tərtib edilir və təqdim edilmə müddəti sifarişçi ilə razılaşdırılmaqla iş planında qeyd edilir;

3.9.2. ölçmə (sınaq) mərhələsi:

  1. iş planına əsasən enerji auditi obyektində avadanlığın (qurğunun) iş parametrlərinin ölçmə vasitələri ilə ölçülməsi aparılır;
  2. ölçmə vasitələri ilə bina, tikili və onların mühəndis-kommunikasiya təminatı sistemlərində, həmçinin digər qurğularda sınaqlar aparılır;
  3. enerji auditi obyektinin ölçü və nəzarət cihazlarından məlumatlar alınır;

3.9.3. təhlil mərhələsi:

  1. hazırlıq mərhələsində əldə edilmiş ilkin məlumatların, habelə ölçmə (sınaq) mərhələsində əldə edilmiş məlumatların və ölçmə (sınaq) nəticələrinin təhlili aparılır;
  2. bina, tikili və qurğular, habelə avadanlıq və texnoloji proseslərin növləri üzrə enerji effektivliyinin faktiki göstəriciləri hesablanır;
  3. faktiki göstəricilərin normativ (normalaşdırılan) göstəricilərlə (olduğu halda) müqayisəsi, müəyyən edilmiş kənarlaşmalar və onların səbəblərinin təhlili aparılır;
  4. hər göstərici, o cümlədən bina, tikili, qurğular və enerji resursunun növü üzrə enerjiyə qənaət imkanlarının hesablanması aparılır;
  5. sifarişçinin fəaliyyətinə tətbiq oluna biləcək enerji effektivliyinin artırılması və enerjiyə qənaətlə bağlı qabaqcıl beynəlxalq təcrübənin müqayisəli təhlili aparılır;

3.9.4. yekun mərhələ: bina, qurğu, tikili, texnoloji proses, avadanlıqlar və enerji resurslarının növləri üzrə enerji resurslarından istifadənin təhlili nəticələri ümumiləşdirilir.

3.10. Enerji auditinin nəticələrinə əsasən bu Qaydanın 4-cü hissəsinin tələblərinə uyğun hesabat hazırlanır və sifarişçiyə təqdim edilir.

 

  1. Enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması

 

4.1. Aparılmış enerji auditinin nəticələri enerji auditinin nəticəsinə dair hesabatla rəsmiləşdirilir (1 nömrəli əlavə).

4.2. Enerji auditinin nəticəsinə dair hesabat ümumi, təhlil və yekun hissələrdən ibarətdir:

4.2.1. ümumi hissədə enerji auditinin başlandığı və başa çatdığı tarix, enerji auditi üzrə təşkilat, auditi həyata keçirən enerji auditoru və ya auditorları barədə məlumat, habelə enerji auditinin obyekti barədə məlumatlar və müqavilənin nömrəsi və tarixi əks olunur;

4.2.2. təhlil hissəsində enerji auditi obyektində enerji resursları istehlakının, enerji effektivliyinə dair faktiki göstəricilərin, habelə elektrik, istilik təchizatı, ventilyasiya sistemlərinin təhlili əks olunur;

4.2.3. yekun hissədə enerji auditinin nəticəsi, enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanları sahəsində sifarişçinin fəaliyyətinin qiymətləndirilməsi və enerji effektivliyi tədbirləri ilə bağlı tövsiyələr əks olunur. Tövsiyələr natural və faiz ifadəsində enerjiyə qənaətin mümkün potensialını əks etdirməli, təklif olunan tədbirlər potensial olaraq mümkün və iqtisadi cəhətdən səmərəli olmalıdır.

4.3. İqtisadi cəhətdən səmərəli olan tədbirlər üçün ümumiləşdirmələrə, təxmini qiymətləndirməyə və şərti qənaət faizlərinin istifadəsinə yol verilmir.

4.4. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki əsaslandırılmasının göstəriciləri natural ifadədə qeyd edilməli və ölçmələr vasitəsilə əldə edilən faktiki göstəricilərə əsaslanmalıdır.

4.5. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət tədbirlərinin texniki-iqtisadi əsaslandırılması enerji auditi sektorunda geniş tətbiq edilən beynəlxalq təcrübəyə əsaslanan iqtisadi göstəriciləri (xalis cari dəyəri, daxili rentabellik dərəcəsini və geri ödəmə müddətini) özündə əks etdirməlidir.

4.6. İnvestisiya hesablamaları üçün göstəricilər texniki hesablamalarla təsdiq edilməli, mənbəyi göstərilməklə istinadlar edilməli və birbaşa ölçmələrə əsaslanmalıdır.

4.7. Tövsiyələr sifarişçinin işçi heyətinin təhlükəsizliyinə və məhsuldarlığına, enerji auditi obyektinin məhsuldarlığına, o cümlədən fəaliyyət keyfiyyətinə və ya təhlükəsizliyinə mənfi təsir etməməli, bunun üçün hər bir tədbir üzrə mümkün risklər qiymətləndirilməlidir.

4.8. Hesabata bu Qaydanın 2, 3 və 4 nömrəli əlavələrinə uyğun olaraq məlumatlar əlavə edilir.

4.9. Hesabat enerji auditinin başa çatdığı gündən 10 (on) iş günü müddətində iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi Sifarişçiyə təqdim edilir, digər nüsxəsi isə bu Qaydanın 2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş qaydada enerji auditorunun işlədiyi enerji auditi üzrə təşkilatda saxlanılır.

 

 

“Enerji auditinin keçirilməsi, həmçinin

enerji auditinin nəticəsinə dair hesabatın

təqdim edilməsi qaydası və forması”na

1 nömrəli əlavə

 

Enerji auditinin nəticəsinə dair

 

HESABAT

 

1. ÜMUMİ HİSSƏ
Enerji auditinin başlandığı tarix
Enerji auditinin başa çatdığı tarix
Sifarişçi
ünvanəlaqə məlumatı
Enerji auditi üzrə təşkilat
ünvanəlaqə məlumatı
Enerji auditoru (auditorları)soyadı, adı, atasının adıixtisas attestatının nömrəsi
Müqavilətarix
Enerji auditinin obyekti
Sahəsi
2. ANALİTİK HİSSƏ
 

 

 

 

 

3. YEKUN HİSSƏ
3.1. Enerji auditi üzrə nəticələr

 

 

 

 

 

3.2. Enerji effektivliyinin artırılması və enerjiyə qənaət sahəsində sifarişçinin fəaliyyətinin qiymətləndirilməsi
Sıra

№-si

Qiymətləndirmə

meyarları

Mövcud vəziyyətin

təsviri

Fəaliyyətin qiymətləndirilməsi, (əla, yaxşı, məqbul, mövcud deyildir)
1.Enerji auditinin keçirilməsindən əvvəl könüllülük əsasında təsdiq edilmiş enerji effektivliyinin artırılması və enerjiyə qənaət üzrə tədbirlər planının mövcudluğu
2.Enerji effektivliyinin artırılması və enerjiyə qənaət üzrə tədbirlər planının icrasının qiymətləndirilməsi
3.Ölçmə və nəzarət cihazları ilə təchizedilmə, enerji istehlakının avtomatlaşdırılmış uçotu sisteminin mövcudluğu
4.Enerji effektivliyi sahəsində tədbirlərin həyata keçirilməsi üçün həvəsləndirmə sisteminin mövcudluğu
3.3. Tövsiyələr
 

 

 

 

 

Hesabat _____ vərəqdə və 2 nüsxədə hazırlanmışdır.

 

Qoşma _____ vərəq.

 

Enerji auditoru*        ______________________ _________________ ____________

(adı, atasının adı, soyadı)                     (imza)                    (gün/ay/il)

Enerji auditi üzrə

təşkilatın rəhbəri     ______________________ __________________ ____________

(adı, atasının adı, soyadı)                     (imza)                    (gün/ay/il)

 

*Qeyd. İki və daha çox enerji auditoru cəlb olunduğu təqdirdə hesabat hər enerji auditoru tərəfindən imzalanır.

 

 

 

“Enerji auditinin keçirilməsi, həmçinin

enerji auditinin nəticəsinə dair hesabatın

təqdim edilməsi qaydası və forması”na

2 nömrəli əlavə

 

Təsərrüfat subyektləri üçün hesabat məlumatı

 

  1. Ümumi məlumatlar

 

Sıra

№-si

GöstəriciÖlçü vahidiBaza ili*Qeyd
12345
1.Məhsulların (xidmətlərin, işlərin) istehsal həcmimin manat
2.Məhsul istehsalı (natural ifadədə):
2.1.əsas məhsullar
2.2.əlavə məhsullar
3.Enerji resurslarının istehlakımin NET**
min manat 1
4.İstehsalın enerji tutumu 2NET/min manat
5.İstehsal olunan məhsulların dəyərində enerji resursları üzrə xərclərin payı 3
6.Orta işçi sayı:nəfər
6.1.sənaye-istehsal işçilərinəfər

 

Qeydlər:    1. Yanacaq-enerji resurslarının (YER) dəyəri smeta hesabatına əsasən müəyyən edilir.

2. 3-cü bəndin göstəricisi (NET)/ 1-ci bəndin göstəricisi (min manat).

3. 1-ci bəndin göstəricisi (min manat) / 3-cü bəndin göstəricisi (min manat).

* Baza ili – cari ildən (enerji auditi müqaviləsinin bağlanıldığı il) əvvəlki təqvim ili.

** Neft ekvivalenti tonu.

 

  1. Enerji resurslarının ümumi sərfiyyatı

 

Sıra

№-si

Enerji resurslarıÖlçü vahidiİllik

sərfiyyat

2. Enerji resurslarının ümumi sərfiyyatıQeyd
cihaz növü (marka)miqdar
1234567
1.Qaz-soba yanacağıNET
1.1.Qaz yanacaqları
1.2.Bərk yanacaq
1.3.Maye yanacaq
2.Elektrik enerjisiMVt·st
3.İstilik enerjisiQkal
3.1.TəzyiqMPa
3.2.Gedən və qayıdan suyun temperaturuоС
3.3.Buxarın ən yüksək qızma temperaturuоС
3.4.Buxarın quruluq dərəcəsi%
4.Sıxılmış havamin m3
4.1.TəzyiqMPa
5.Mühərrik yanacağı:litr, ton
5.1.benzin
5.2.kerosin
5.3.dizel yanacağı

 

 

  1. Transformator yarımstansiyaları haqqında məlumat (mövcud olduğu halda doldurulur)

 

Sıra №-siİstehsalat, sex/

yarımstansiyanın nömrəsi

İstismara verilmə iliTransformatorlarYarımstansiyanın

ümumi gücü

kVA

Yüklənmə əmsalı, %Gərginlik, kV yüksək / aşağıQeyd
növümiqdarı
123456789

 

  1. İstifadə sahələri üzrə elektrik enerjisi istehlakçılarının qoyuluş gücü

 

Sıra

№-si

Elektrik enerjisindən istifadə sahəsiElektrik mühərriklərinin miqdarı və ümumi gücü, kVt

(sexlərdə, istehsal sahələrində və s.)

Qeyd
sahə №…sahə №…sahə №…sahə №…
miqdargücmiqdargücmiqdargücmiqdargüc
1.2.3.4.5.6.7.8.9.1011
1.Texnoloji avadanlıq, o cümlədən konkret müəssisədə elektrik enerjisi istehlak edən avadanlıq qrupları (məsələn, mexanizmlərin elektrik ötürücüləri, elektrotermik avadanlıqlar, quruducular və s.) siyahıya alınmaqla
2.Nasoslar
3.Ventilyasiya avadanlığı
4.Qaldırıcı-daşıma avadanlığı
5.Kompressorlar
6.Qaynaq avadanlığı
7.Soyuducu avadanlıq
8.İşıqlandırma
9.Digər, o cümlədən məişət texnikası
CƏMİ

 

  1. Kompressor avadanlığı haqqında məlumat (mövcud olduğu halda doldurulmalı)

 

Sıra №-siSex, sahə, istehsal/ kompressorun növüİstismara verilmə iliMiqdarMəhsuldarlıq m3/dəqiqəTəzyiq MPaElektrik intiqalının gücü, kVtJurnal üzrə kompressorun illik işləmə müddəti saat/ilElektrik enerjisinin hesabi ortaillik istehlakı

MVt·st

Elektrik enerjisinin xüsusi istehlakı fakt./ norma.* kVt·st / 1000 m3Soyutma sistemi (dövri, su ötürmə və s.)Qeyd
123456789101112
            

 

* Normativ (pasport) məlumatlar olmadıqda, aşağıdakı düsturla hesablanır:

 

7-ci sütundakı göstərici × 1000
5-ci sütunun göstəricisi × 60

 

  1. Soyuducu avadanlıqların xüsusiyyətləri (mövcud olduğu halda doldurulur)

İstilik kənarlaşdırıcı qurğusunun növü _____________________

 

Sıra №-siMənbə aqreqat növüİstismara verilmə

ili

Soyutmanın gücü Qkal/saatSoyuducu kamerada temperatur оСMüəyyən

edilmiş

norma, kVt

Xüsusi elektrik enerjisi istehlakı, fakt./norma kVt·st/Qkalİş rejimi,

yay/qış saat/sutka

Kondensatordan istiliyin xaric edilməsi sistemiQeyd
istilik daşıyıcısının sərfiyyatı (yay/qış) ton/saatsoyutma (yay/qış)

оС

(temperatur aralığı)

1234567891011

 

  1. İstilik elektrik stansiyasının (İES) əsas avadanlıqlarının tərkibi və istismarı haqqında məlumat

(mövcud olduğu halda doldurulur)

 

Yanacaq: əsas ___________ehtiyat___________

 

Sıra

№-si

İES-in istismara verilmə iliİES-in elektrik gücü, qoyuluş/mövcud, MVtİES-in istilik gücü, qoyuluş/ mövcud, Qkal/saatTurboaqreqatlarQoyuluş gücü istifadəsinin effektivlik əmsalı, Gfakt/Gqoyuluş

 

Elektrik enerjisinin şindən buraxılışına yanacağın xüsusi sərfiyyatı n.e.qr./(kVt·st)Qeyd
növüsayıfaydalı iş əmsalı (FİƏ), %illik istismar, layihə/fakt., saat
1234567891011

 

  1. 20__ ildə elektrik enerjisi istehlakının balansı / Baza ilində elektrik enerjisi balansı

 

Sıra

№-si

Daxilolma və sərfiyyat göstəriciləriÜmumi sərfiyyat,

MVt·st

O cümlədən normativ itkilər nəzərə alınmaqla normativ və hesablama sərfiyyatıQeyd
MVt·st%
123456
IDAXİL OLAN
1.Enerjisistemdən (sayğaclar üzrə)
2.Öz enerji mənbəyindən
IISƏRFİYYAT*
1.Texnoloji avadanlıq, o cümlədən konkret müəssisədə istifadə olunan elektrikdən istifadə edən avadanlıq qrupları (məsələn, mexanizmlərin elektrik ötürücüləri, elektrotermik avadanlıqlar, quruducular və s.) siyahıya alınmaqla
2.Nasoslar
3.Ventilyasiya avadanlığı
4.Qaldırıcı-daşıma avadanlığı
5.Kompressorlar
6.Qaynaq avadanlığı
7.Soyuducu avadanlıq
8.İşıqlandırma
9.Digər, o cümlədən məişət texnikası
YEKUN: istehsal sərfiyyatı    
10.Subabonentlər
11.Texniki itkilər:
11.1.1) şəbəkələrdə, cəmi
11.2.2) transformatorlarda
12.Qeyri-rasional itkilər
YEKUN: cəmi sərfiyyat    

 

  1. Qazanxananın tərkibi və işi haqqında məlumatlar (mövcud olduğu halda doldurulur)

Yanacaq: əsas – təbii qaz; ehtiyat ____________

 

Sıra

№-si

Qazan aqreqatının növüİstismara verilmə iliMiqdarMəhsuldarlıq layihə./fakt. ton/saat, Qkal/saatYanacaq növüBrutto FİƏ son tədqiqat məlumatlarına əsasən, %Pasporta əsasən FİƏ, %İstilik buraxılışı üçün yanacağın xüsusi sərfiyyatı fakt./ norma. n.e.kq/ QkalEnerji istehlakı hesabatına əsasən illik yanacaq sərfi min NETÖlçü və nəzarət cihazları üzrə illik istilik hasilatı QkalQeyd
123456789101112

 

  1. İstilik enerjisindən istifadə edən texnoloji avadanlığın xüsusiyyətləri (buxar, isti su)

 

Sıra №-siAqreqatın istifadə istiqaməti, məqsədiAqreqatın adı, istismara verilməsi ili, növü, markası, enerji resursunun növüMəhsul üzrə aqreqatın məhsuldarlığı (pasport üzrə)/saatMiqdarGiriş/çıxışda iş parametrləriMəhsulun vahidinə istilik enerjisinin xüsusi sərfiyyatı, Qkal/…Pasport üzrə FİƏ, %Kondensat kənarlaşdırıcı:

növ, miqdar

İstilik utilizasiya cihazlarının mövcudluğu, kondensatın temperaturu оСQeyd (kondensatın çirklənmə xüsusiyyətləri)
əməliyyat təzyiqi,

MPa

əməliyyat temperaturu

оС

123456789101112

 

  1. 20__ ildə istilik enerjisinin normativ və hesablama sərfiyyatı

 

Qkal/il

Sıra

№-si

Obyektin adı

(sex, istehsal/xidmət sahəsi və s.), istilik daşıyıcısı (buxar, isti su)

Texnoloji avadanlıqOrtaillik temperaturun (оС) və isitmə dövrü müddətinin (gün) faktiki göstəriciləri şəraitindəQeyd
isitməventilyasiyaisti su təchizatı
1234567
1.İstehsalat sahələri
1.1.
1.2.
Cəmi:
2.Ümumi istehsalat xidmətləri və sahələri
2.1.
2.2.
Cəmi:
YEKUN:

 

  1. 20__ ildə istilik enerjisi istehlakının balansı

 

Qkal (sütunlar 8 və 10 – faizlə)

 

Sıra

№-si

DAXİLOLMA/SƏRFİYYAT

GÖSTƏRİCİLƏRİ

Xüsusiyyətlər, parametrlərCəmi istehlakNormativ itkilər nəzərə alınmaqla normativ və hesablama istehlakıİtkilər:

texniki/faktiki

Kondensatın qaytarılmasıQeyd
istilik daşıyıcısıtəzyiq

Р MPa

temperatur оС*
1234567891011
IDAXİL OLAN:
1.Öz enerji mənbəyi
2.Xarici mənbə
YEKUN DAXİLOLAN
IISƏRFİYYAT:
1.Texnoloji sərfiyyat, o cümlədən
1.1.buxar, təmas (kəskin) üsulu ilə
1.2.isti su
2.İsitmə və ventilyasiya, o cümlədən hava kaloriferləri
3.İsti su təchizatı
4.Kənar istehlakçılar
5.Ümumi şəbəkə itkiləri (normalaşdırılmış)
             Cəmi istehsalat sərfiyyatı
6.Subabonentlər
7.İstilik, ventilyasiya və isti su təchizatı sistemlərində qeyri-rasional texnoloji itkilər
YEKUN SƏRFİYYAT

 

* İsti su üzrə gedən və qayıdan su temperaturu qeyd edilir.

 

 

 

  1. Yanacaq istehlak edən aqreqatların xüsusiyyətləri (mövcud olduğu halda doldurulur)

 

Sıra №-siİstifadə istiqaməti, məqsədiAqreqatın adı, növü, markası, xarakterik ölçüsü, istismara verilmə iliMiqdarMəhsul üzrə aqreqatın məhsuldarlığı (pasport üzrə) …/saatİstehsal vahidi üzrə yanacağın xüsusi sərfiyyatı,

n.e.kq./…

İstilik utilizasiyası avadanlığının adı və qısa xüsusiyyətləri, xaric olan qazların temperaturu оСQeyd
20… ildə faktikiistehlak normativi
123456789

 

  1. 20__ ildə qazan və soba yanacağının sərfiyyatı balansı (mövcud olduğu halda doldurulur)

 

                                                                                                                                                                                                                            NET

 

Sıra

№-si

DAXİLOLMA/SƏRFİYYAT GÖSTƏRİCİLƏRİÜmumi enerji sərfiyyatıO cümlədənFaydalı

istifadə əmsalı

Qeyd
normativ itkilərin normativ və hesablama istehlakıenerji itkiləri: texniki/faktiki
1234567
IDAXİLOLMA:
YEKUN:
IISƏRFİYYAT
1.Texnoloji sərfiyyat, o cümlədən:
1.1.qeyri-yanacaq sərfiyyatı (xammal şəklində)
1.2.qızdırma
1.3.qurutma
1.4.yandırma (əritmə, tabalma)
2.İstilik enerjisi buraxılışına:
2.1.qazanda
2.2.öz İES-də (elektrik enerjisi istehsalı daxil olmaqla)
3.Digər:
3.1.….
3.2.….
YEKUN SƏRFİYYAT

 

  1. Nəqliyyat vasitələrinin mühərrik yanacaqlarından istifadə xüsusiyyətləri (mövcud olduğu halda doldurulur)

 

Sıra №-siNəqliyyat vasitəsinin adı, (markası), növü, buraxılış iliNəqliyyat vasitələrinin

sayı

Yükqaldırma, t, sərnişin daşıma, nəf.İstifadə olunan yanacaq növüPasport məlumatları üzrə yanacağın xüsusi sərfiyyatı

l/km; l/(t·km)

Cari ilin göstəriciləriSərf olunmuş yanacağın miqdarı,

litr

Sərf olunmuş yanacağın ölçülmə üsuluYanacağın xüsusi sərfi litr/(t·km)Alınmış yanacağın miqdarı

litr

Yanacaq itkisiQeyd
məsafə kmyükdaşıma həcmi t. km
1234567891011121314

 

 

  1. Mühərrik yanacaqlarının sərfiyyatı balansı (mövcud olduğu halda doldurulur)

 

Sıra

№-si

DAXİLOLMA/SƏRFİYYAT

GÖSTƏRİCİLƏRİ

Ümumi sərfiyyat,

litr

Normativ və hesablama

istehlakı, litr

İtkilər, litrFaktiki xüsusi istehlak

litr/(t·km)

Qeyd
texnikifaktiki
12345678
IDAXİLOLMA:
1.Benzin
2.Dizel yanacağı
3.Digər yanacaq növü
CƏMİ DAXİLOMA:
IISƏRFİYYAT:
1Yüklərin daşınması
1.1.benzin
1.2.dizel yanacağı
1.3.digər yanacaq növü
2.Sərnişindaşıma
2.1.benzin
2.2.dizel yanacağı
2.3.digər yanacaq növü
3.Enerji istehsalı
3.1.benzin
3.2.dizel yanacağı
3.3.digər yanacaq növü
4.Digər (xüsusi texnika)
4.1.benzin
4.2.dizel yanacağı
4.3.digər (yanacaq növü)
5.Digər
5.1.benzin
5.2.dizel yanacağı
5.3.digər (yanacaq növü)
Ümumi sərfiyyat
Ümumi benzin
Ümumi dizel yanacağı
Digər ümumi yanacaq növü

 

  1. Digər enerji resurslarından* və bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə haqqında məlumat

(mövcud olduğu halda doldurulur)

 

Sıra

№-si

AdıÖlçü vahidiGöstəriciQeyd
12345
1.Digər enerji resursları
1.1.digər enerji resursunun xarakteristikası
faza vəziyyəti
istehlakm3/saat
təzyiqMPa
temperatur˚С
xarakter çirkləndiricilər, onların konsentrasiyası%
1.2.İER-in illik buraxılışıQkal
1.3.illik faktiki istifadəQkal
2.BOEM resursu
2.1.ad (növ)
2.2.əsas xüsusiyyətlər:
istilik törətmə qabiliyyətikkal/kq.
enerji qurğusunun illik istismar müddətisaat
3.Enerji qurğusunun gücüQkal/saat, kVt
4.Enerji qurğusunun FİƏ-si%
5.İllik faktiki enerji buraxılışıQkаl, MVt·st

 

*Texnoloji proses zamanı, istehsal və ya istehlak nəticəsində yaranan və enerjiyə qənaət etmək üçün istifadə oluna bilən, fiziki istiliyə malik tullantılar.

 

  1. İstehsal olunan məhsula yanacaq-enerji resursunun xüsusi sərfiyyatı

 

Sıra

№-si

Enerji daşıyıcılarının növləri və məhsulların (işlərin) adıÖlçü vahidiBaza ilində

faktiki xüsusi sərfiyyat ümumi/sahə

Enerjiyə qənaət proqramının həyata keçirilməsi nəzərə alınmaqla, məhsul növləri üzrə enerji resurslarının xüsusi sərfiyyatı (normativlər), illər üzrəQeyd
cari il2-ci il3-cü il4-cü il5-ci il
12345678910
1.Qazan-soba yanacağı:
1.1.məhsul üzrən.e.kq./məh.vah.
1.2.istilik enerjisi istehsalınan.e.kq/Qkal
1.3.elektrik və istilik enerjisinin buraxılışınan.e.qr./kVt·st,

n.e.kq./Qkal

2.İstilik enerjisi:
2.1.məhsul üzrəQkal/məh.vah.
3.Elektrik enerjisi:
3.1.məhsul üzrəkVt·st/məh. vah.
3.2.sıxılmış hava istehsalınakVt·st/(kN·m3)
3.3.soyutmayakVt·st/Qkal
4.Mühərrik yanacağı:
4.1.benzinlitr/km
4.2.kerosinlitr/(t·km)
4.3.dizel yanacağılitr/km

 

  1. Enerjiyəqənaət tədbirlərinin siyahısı

 

Sıra

№-si

Tədbirlərin adı, enerji

resursunun növü

Xərclər

(min manat)

Yanacaq və enerji ehtiyatlarına illik qənaətRazılaşdırılmış tətbiq müddəti rüb, ilSərmayənin geri ödəmə müddətiQeyd
natural

ifadədə

dəyər ifadəsində

(min manat)

(tarif üzrə)

12345678
1.Qənaət tədbirləri*:
qazan-soba yanacağı, NET
istilik enerjisi, Qkal
elektrik enerjisi, MVt·st
sıxılmış hava, kN m3 və digər maddi resurslar
mühərrik yanacağı
benzin
kerosin
dizel yanacağı
2.Qənaət, cəmi:
min NET
Qkal
MVt·st
litr, ton
O cümlədən, tətbiq olunacaq tədbirlər üzrə:
min NET
Qkal
MVt·st
litr, ton

 

* Hər bir enerji resursu üzrə qənaət tədbirləri sadalanır.

 

 

“Enerji auditinin keçirilməsi, həmçinin

enerji auditinin nəticəsinə dair hesabatın

təqdim edilməsi qaydası və forması”na

3 nömrəli əlavə

 

Binalar (qurğular) üçün hesabat məlumatı

 

  1. Hesabat şərtləri

 

Sıra

№-si

Hesabi parametrlərParametrin işarəsiÖlçü vahidiHesabi miqdarı
12345
1.İstilik mühafizəsinin layihələndirilməsi üçün xarici havanın hesabi temperaturutx.oC
2.İsitmə dövründə xarici havanın orta temperaturutx.o.oC
3.İsitmə dövrünün müddətizissutka/il
4.İsitmə dövrünün dərəcə sutkasıİDDSoC·sutka/il
5.İstilik mühafizəsinin layihələndirilməsi üçün daxili havanın hesabi temperaturutd.h.oC
6.Çardaqda olan hesabi temperaturtçar.oC
7.Yeraltı texniki mərtəbənin hesabi temperaturutyeroC

 

  1. Həndəsi göstəricilər

 

Sıra

№-si

GöstəricilərGöstəricinin işarəsiÖlçü vahidiNorma üzrə miqdarıHesabi layihə göstəricisiFaktiki göstərici
1234567
1.Mərtəbələr üzrə sahələrin cəmiAmm2
2.Yaşayış sahəsiAym2
3.Hesabi sahə (ictimai binalar üçün)Ahm2
4.Binanın isidilən həcmiVism3
5.Bina fasadının şüşələnmə əmsalıF
6.Binanın kompaktlıq göstəricisiKkomp.
7.Binanın xarici qoruyucu konstruksiyalarının ümumi sahəsi,

o cümlədən:

Axcəmm2
1) fasadlarınAfas.
2) divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)Adiv.
3) pəncərələr və balkon qapılarınınApən.1
4) vitrajlarApən.2
5) fənərlərApən.3
6) pilləkən və lift sahələrinin pəncərələriApən.4
7) xarici keçidlərin balkon qapılarınınAqapı 1
8) xarici qapı və darvazaların (ayrılıqda)Aqapı 2
9) örtüklərin (yastı)Aört.
10) çardaq örtüklərininAçar.
11) “isti” çardaq örtüklərinin (ekvivalent)Açar.is.
12) texniki yeraltı mərtəbələrin və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)At.m.1
13) keçid və ya erkerlərin örtüklərininAt.m.2
14) yer səthindən aşağıda olan divarlar və qruntüstü döşəmənin (ayrılıqda)At.m.3

 

  1. İstilik texniki göstəricilər

 

Sıra №-siGöstəricilərGöstəricinin işarəsiÖlçü vahidiNorma üzrə miqdarıHesabi layihə miqdarıFaktiki miqdarı
1234567
1.Xarici qoruyucu konstruksiyaların hesablanmış istilikötürmə müqaviməti, o cümlədən:Röhes,м2·оС/Vt
1.1.divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)Röhes.div
1.2.pəncərə və balkon qapılarınınRöhes.p.1
1.3.vitrajlarınRöhes.p.2
1.4.fənərlərinRöhes.p.3
1.5.pilləkən və lift sahələri pəncərələrininRöhes.p.4
1.6.xarici keçidlərin balkon qapılarınınRöhes.qapı1
1.7.xarici qapı və darvazaların (ayrılıqda)Röhes.qapı2
1.8.örtüklərin (yastı)Röhes.ört.
1.9.çardaq örtüklərininRöhes.çar.
1.10.“isti” çardaq örtüklərinin (ekvivalent)Röhes.çar.is.
1.11.yeraltı texniki mərtəbələrin və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)Röhes.m.1
1.12.keçid və ya erkerlərin örtüklərininRöhes.m.2
1.13.yer səthindən aşağıda olan divarlar və qruntüstü döşəmənin (ayrılıqda)Röhes.m.3

 

  1. Köməkçi göstəricilər

 

Sıra

№-si

GöstəricilərGöstəricinin işarəsiÖlçü vahidiNormalaşdırılan miqdarıHesabi layihə miqdarı
123456
1.Binanın ümumi istilikötürmə əmsalıKümVt/(m2оC)
2.Hava mübadiləsinin xüsusi normasına uyğun isitmə dövründə binanın hava mübadiləsinin orta mislinhsaat-1
3.Binada xüsusi məişət istilik ayırmalarıqməişVt/m2
4.İstilik enerjisinin tarif qiymətiCistmanat/kVt st
5.Tikinti ərazisində istilik şəbəkələrinə qoşulma və isitmə avadanlığının xüsusi qiymətiCistmanat/(kVt st/il)
6.Enerji vahidinin qənaətindən xüsusi gəlirΩgəl.manat/(kVt st/il)

 

  1. Xüsusi xarakteristikalar

 

Sıra №-siGöstəriciGöstəricinin işarəsiÖlçü vahidiNormativ göstəriciHesabi layihə göstəricisi
123456
1.Binanın xüsusi istilik mühafizə xarakteristikasıKüm.Vt/(mС)
2.Binanın xüsusi havalandırılma xarakteristikasıKhavaVt/(mС)
3.Binanın məişət istilik ayırmalarının xüsusi xarakteristikasıKməiş.Vt/(mС)
4.Günəş radiasiyasından istilik daxilolmalarının xüsusi xarakteristikasıKrad.Vt/(mС)

 

  1. Əmsallar

 

Sıra

№-si

GöstəriciGöstəricinin

təyinatı

Normativ

göstərici

1234
1.İsitmənin avtotənzimlənməsinin səmərəliliyi əmsalıζ
2.Mənzillərdə isitmə üçün istilik enerjisinin sərfi qeydə alındıqda, yaşayış binalarında istilik istehlakının azalmasını nəzərə alan əmsalξ
3.Rekuperatorun səmərəliliyi əmsalıksəm
4.İstilik daxilolmasının (istilik itkilərini üstələdikdə) istifadəsinin azalmasını nəzərə alan əmsalv
5.İsitmə sisteminin əlavə istilik itkilərini nəzərə alan əmsalβh

 

  1. Enerji effektivliyinin kompleks göstəriciləri

 

Sıra

№-si

GöstəriciGöstəricinin işarəsiÖlçü vahidiNorma üzrə miqdarı
12345
1.İstilik mövsümündə binanın isidilməsi və havalandırılmasına istilik enerjisinin xüsusi hesabi sərfiyyatıQp.isit.Vt/(m3·оС) [Vt/(m2·оС)]
2.İstilik mövsümündə binanın isidilməsi və havalandırılmasına istilik enerjisinin xüsusi normativ sərfiyyatıQisit.normVt/(m3·оС) [Vt/(m2·оС)]
3.Enerji effektivliyi sinfi
4.Binanın layihəsinin istilik mühafizəsi üzrə normativ tələblərə uyğunluğuBƏLİ/XEYİR

 

  1. Binanın enerji effektivliyi sinfi

 

SİFARİŞÇİ
ENERJİ AUDİTİNİN OBYEKTİ
ENERJİ AUDİTİ OBYEKTİNİN ÜNVANI
İNŞA OLUNDUĞU İL
NÖV, MƏRTƏBƏLİLİK
ÜMUMİ SAHƏ, m2
İSİTMƏ SAHƏSİ, m2
ENERJİ EFFEKTİVLİYİ SİNİFLƏRİMÜƏYYƏN EDİLMİŞ ENERJİ EFFEKTİVLİYİ SİNFİ
Obyektin normativ istilik istehlakı, Qkal *
Obyektin faktiki istilik istehlakı, Qkal
* istilik istehlakına dair qüvvədə olan normativ tələblər

 

  1. Binanın enerji yükləri

 

Sıra

№-si

GöstəriciTəyinatÖlçü vahidiHündürlük
12345
1.İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına istilik enerjisinin xüsusi sərfiqkVt st/(m3il) kVt st/(m2il)
2.İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına istilik enerjisinin sərfiQilisitkVt st/(il)
3.İsitmə dövründə binanın ümumi istilik itkiləriQilümum.kVt st/(il)
4.Binada ümumi elektrik enerjisinin sərfiQilel.

 

 

 

“Enerji auditinin keçirilməsi, həmçinin

enerji auditinin nəticəsinə dair hesabatın

təqdim edilməsi qaydası və forması”na

4 nömrəli əlavə

 

Bina, tikili və qurğuları olan təsərrüfat subyektləri üçün hesabat məlumatı

 

İstilik mövsümünün davametmə müddəti, z: __________ gün;

Baza ili üzrə istilik mövsümündə xarici havanın orta temperaturu, tx.orta: _______°С

 

Sıra №-siBinanın adı və təyinatıİstifadəyə verilmə ili / köhnəlmə,

%

Ümumi xarakteristikalarXüsusi isitmə xarakteristikası, Vt/m3°Сİstilik enerjisi istehlakının uçotu sistemlərinin məlumatlarına əsasən istilik enerjisinin ümumi illik istehlakı, Qkal/ilXüsusi isitmə xarakteristikasının faktiki (hesablanmış) dəyərinin normativdən kənarlaşması, %4
isidilən sahə, m2perimetr, mhündürlük, mdaxili temperatur, °Сistilik ötürülmə müqaviməti, mС/Vt 1faktiki (hesabi) 2normativ3isitmə və

ventilyasiya

üzrə

isti su təchizatı üzrə
divarlardöşəməörtükpəncərələr
12345678910111213141516
1.
2.

 

Qeydlər:

1. Qoruyucu konstruksiya materiallarının qalınlığından və onların istilik keçiriciliyindən asılı olaraq müəyyən edilir.

2. Faktiki xarakteristika aşağıdakı düsturla müəyyən edilir:

 

 

𝑠ü𝑡𝑢𝑛 12=𝑠ü𝑡𝑢𝑛 14×1,16×10^6
𝑠ü𝑡𝑢𝑛 4×𝑠ü𝑡𝑢𝑛 6×24×𝑧×(𝑠ü𝑡𝑢𝑛 7−𝑡𝑥.𝑜𝑟𝑡𝑎)
14-cü sütun üzrə göstərici məlum olmadıqda aşağıdakı düstura əsasən hesabi xüsusi xarakteristika müəyyən edilir:
1+1
𝑠ü𝑡𝑢𝑛 12=(𝜇+1)×[𝑠ü𝑡𝑢𝑛 5× (1+𝑗˚× (11)) +𝑠ü𝑡𝑢𝑛 10𝑠ü𝑡𝑢𝑛 9]
𝑠ü𝑡𝑢𝑛 4𝑠ü𝑡𝑢𝑛 8𝑠ü𝑡𝑢𝑛 11𝑠ü𝑡𝑢𝑛 8𝑠ü𝑡𝑢𝑛 6

 

𝜇 – infiltrasiya əmsalı, verilənlər olmadıqda 0,08-ə bərabər götürülür.

𝑗˚- şüşələnmə əmsalı, şüşələnmə sahəsinin bina fasadının xarici qoruyucu konstruksiyalarının ümumi sahəsinə (şüşələnmə sahəsinin də daxil olmaqla) nisbəti.

3 Xüsusi isitmə xarakteristikasının normativ göstəricisi müvafiq normativ hüquqi sənədlərə əsasən müəyyən edilir.

4 Aşağıdakı düstura əsasən müəyyən edilir:

 

𝑠ü𝑡𝑢𝑛 16=(𝑠ü𝑡𝑢𝑛 12−1)x100
𝑠ü𝑡𝑢𝑛 13

 

https://e-qanun.az/framework/52930