Energetika Nazirliyinin əsasnaməsinə dəyişiklik edilib

 Energetika Nazirliyinin əsasnaməsinə dəyişiklik edilib

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanununun” icrasından irəli gələn bəzi məsələllərin həlli üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə Energetika Nazirliyinin əsasnaməsinə dəyişilik edilib.

Dəyişikliyə görə Energetika Nazirliyinə yeni səlahiyyət verilir. Buraya “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatının verilməsi, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsi səlahiyyətləri daxildir.