IRENA and Azerbaijan Unveil Renewable Energy Partnership for Central Asia at COP29
Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib
Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması ilə əlaqədar Boston Consulting Group” (BCG) şirkətinin icraçı direktoru Arturs Smilkstinsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması çərçivəsində “Boston Consulting Group” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu sahədə inkişaf tendensiyaları, beynəlxalq təcrübə nəzərdən keçirilib. Elektromobillik planının hazırlanması üzrə şirkətin ilkin yanaşması, baxışları diqqətə çatdırılıb. Elektrikli nəqliyyat vasitələrinin geniş yayılması üçün enerji doldurma infrastrukturunun yaradılması, bu prosesin enerjiyə tələbata təsiri, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası” konsepsiyasında inkişafı üçün elektromobilliyin tətbiqi, həmçinin ölkəmizdə elektromobillik planının hazırlanması üçün Texniki Tapşırıq sənədi ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.