2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Energetika Nazirliyi “SPECA 2023 İqtisadi Forumu”nda təmsil olunub
Energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA 2023 İqtisadi Forumu”nun “Enerji bağlantısı və dayanıqlı enerji sistemlərinə keçid” adlı 3-cü sessiyasında çıxış edib.
Nazir müavini çıxışında Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbir çərçivəsində enerji keçidi üzrə aparılan müzakirələrin məhsuldar olacağına inamını ifadə edib, bəşəriyyətin gələcəyi və dayanıqlı inkişaf üçün bu keçidin sürətlənməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası da daxil olmaqla ölkəmizdə qəbul olunan milli plan və strategiyalarda yaşıl enerji potensialından istifadənin inkişafına xüsusi diqqət yetirilir.
Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, həmçinin ixrac istiqamətində qarşıya qoyulan hədəflər, görülən işlər və aparılan islahatlar haqqında danışan nazir müavini enerji keçidinə özəl investisiyaların cəlbi sahəsində SPECA regionunda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.