Energetika naziri Pakistanın Azərbaycandakı səfirini qəbul edib

 Energetika naziri Pakistanın Azərbaycandakı səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeeni qəbul edib.
Gorüşdə iki dost ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib. 
Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətlər nəzərdən keçirilib. Enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları barədə məlumatlar diqqətə çatdırılıb. 
Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupun tezliklə yaradılmasının vacibliyi qeyd edilib.