Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

 Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Qazaxıstanda Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera arasında görüş olub.

Görüşdə bərpa olunan enerjinin istehsalı – ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzvlüyü çərçivəsində  əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində imkanların dəyərləndirilməsinə IRENA-nın dəstəyi  ifadə edilib.