Energetika naziri ilə Avstriyanın enerji tənzimləyici qurumunun icraçı direktoru arasında görüş olub

 Energetika naziri ilə Avstriyanın enerji tənzimləyici qurumunun icraçı direktoru arasında görüş olub

Energetika naziri Pərviz Şahbazov ilə Avstriyanın enerji tənzimləyici qurumu “E-Control”-un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç arasında görüş olub.
Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb, mövcud əməkdaşlığın gündəliyi nəzərdən keçirilib və gələcək perspektivlər müzakirə edilib.