Energetika naziri Göyçayda vətəndaşları qəbul edəcək

 Energetika naziri Göyçayda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov avqustun 31-də Göyçayda Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən Göyçay rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 98) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili
1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.