Green Energy Corridor Power Company participated in the 70th anniversary of CESI
EMTA banklar ilə əməkdaşlıq müqavilələri imzalayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi üçün bir sıra banklarla əməkdaşlıq müqavilələri imzalayıb. Əməkdaşlıq müqavilələri “Ziraat Bank Azərbaycan” ASC, “Azər-Türk Bank” ASC, “TuranBank” ASC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, Kapital Bank ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Unibank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və Azərbaycan Beynəlxalq Bankı ilə müvəkkil kredit təşkilatı olaraq fondun vəsaiti hesabına kreditlərin verilməsi məqsədilə bağlanıb.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir.
