2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Elektrik Enerjisinin istehsalı sahəsində İran İslam Respublikası ilə yeni əməkdaşlıq istiqamətləri
31.05.2021 –ci il tarixində Araz çayı boyunca inşa edilən Araz və Mil-Muğan su anbarlarından birgə istifadənin 50 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilib. Yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov öz çıxışında Araz və Mil-Muğan su anbarlarını ölkələrimiz üçün sosial-iqtisadi obyektlərdən daha çox uzunmüddətli əməkdaşlıq körpüsü rolunu oynadığını bildirib. O qeyd edib ki, “Araz və Mil-Muğan su anbarları, “Araz” SES, eləcə də Araz çayı üzərində yeni layihələrin nümunəsində, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə birgə əməkdaşlıq imkanlarını uğura çevirən ölkələrdir. Yarım əsr ərzində müştərək şəkildə uğurla istismar edilən infrastrukturlar layihələri, hər iki ölkənin maraqlarına xidmət edərək Azərbaycan-İran təcrübəsində transsərhəd sularından istifadədə örnək modeli formalaşdırdığını bildirib.
Azərbaycan tərəfi üçün ümumi gücü 22 MVt olan “Araz” SES-in o dövrdə ölkəmizin enerji təminatına mühüm töhfə verdiyini diqqətə çatdıran Energetika naziri eləcə də bu əməkdaşlığın yeni qolları haqqında da məlumat verib. İkitərəfli münasibətlər, Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də digər layihələrlə genişlənərək yeni inkişaf mərhələsinə daxil olub.
“Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb. Bu layihələrin icrası uzaqgörən siyasətin, dəqiq hesablanmış strateji yanaşmanın məhsulu olmaqla bərabər hər iki dövlət üçün Araz çayının əhəmiyyətini daha da artırır. Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcəyik.”