2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri müəyyənləşib
Milli Məclisin 25.05.2021-ci il tarixində keçirilən iclasında müzakirəyə çıxarılan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində dövlətin vəzifələri müəyyən edilib.
Məlumat az.trend.az istinadən təqdim edilir.
Sənədə əsasən, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin aşağıdakı vəzifələri müəyyən edilib:
- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;
3. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi aktları qəbul etmək;
4. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;
5. bərpa olunan enerji mənbələrinin ərazilərini müəyyənləşdirmək;
6. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəsdək mexanizmlərini tətbiq etmək;
7. peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlər həyata keçirmək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.