2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinə baxılacaq
APA -nın verdiyi məlumata görə Azərbaycanda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb və mayın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə çıxarılacaqdır. Qanun layihəsi 6 fəsil və 23 maddədən ibarətdir. Qanun, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin subyektlərinin hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən etmək məqsədi daşıyır.