EHİS –nə inteqrasiya olunan “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi” yaradılacaq

 EHİS –nə inteqrasiya olunan  “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi” yaradılacaq

12 iyul 2021-ci il tarixli “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında Energetika Nazirliyinə Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını həvalə olunub.

İnformasiya sisteminin doqquz ay müddətində yaradılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə əməkdaşlığın qurulması həvalə olunub.