2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Dünyada bərpa olunan enerjiyə sərmayə yatırmı artır
Bu barədə Beynəlxalq Enerji Agentliyinin 2021-ci il Dünyada Enerji Sektorunda Sərmayə adlı nəşrinin xülasəsində deyilir.
Bərpa olunan enerjiyə qoyulan sərmayənin canlanması ilə elektrik enerjisi sektoru ümumi sərmayə yatırımda iri pay alır
2020-ci ildə hamar inkişaf dinamikasından sonra qlobal enerji sərmayəsi 2021-ci ildə təxminən 5% həcmində artıma hədəf almışdır ki, bu da 820 milyard ABŞ dollarından çox deməkdir. Elektrik enerjisi üzrə yeni istehsal güclərində bərpa olunan enerjinin həcmi dominant mövqeyə malikdir. 2021-ci ildə bütün istehsal güclərinə ümumi 530 milyard ABŞ dolları həcmində ümumi yatırımın 70% həcminə bərabər olması gözlənilir. Şəbəkələr və enerji saxlama texnologiyaları isə qalan hissəsini təşkil edir. Çevik texnologiya təkmilləşdirmələri və xərclərin azadılması sayəsində, külək və günəş fotovoltaik (PV) texnologiyalarının istifadəsinə bügün yatırılan 1 dollar sərmayə, 10 il bundan qabaq yatırılan 1 dollar sərmayə ilə müqayisədə 4 dəfə çox elektrik enerjisi istehsalına səbəb olur.
Yaxşı təşkil edilmiş təchizat zənciri olan bazarlarda bərpa olunan enerji texnologiyalarına sərmayə qoyuluşunda çiçəklənmə vardır ki, burada da aşağı xərclər tənzimləmə qaydaları ilə müşayiət olunur. Bu da özlüyündə nəğd pul axınında vizuallıq yaradır və bu sektoru yaxşı başa düşən icarədarlar və maliyyəçilər, dəstəkləmək üçün dayanıqlı layihələr axtırışındadırlar. Dayanıqlılıq hədəflərini ödəmək üçün təmiz elektrik enerjisi üçün korporativ sektordan tələbat da burada əhəmiyyətli rol oynamışdır.
2020-ci ildə məsrəflərin əksəriyyəti narahatçılıq doğuracaq bazarlarda, əksərən Çin Xalq Republikasında əhəmiyyətli dərəcədə cəmləşmişdir ki, bunun əksəriyyətini külək enerji sərmayələri təşkil edir. Bu ölkələr sırasında ABŞ və Avropa da yer tutur.
Elektrikləşmə də eləcə də yekun istehlakçılar tərəfindən sərf olunan sərmayənin əsas aparıcı qüvvəsi olmuşdur. Elektrik avtomobillərinin satışı, avtomobil istehalçıları tərəfindən yeni model təklifləri ilə artmaqda davam edir ki, bu da yanacaq təsərüfatı hədəfləri və sıfır emisiyalı nəqliyyat vasitələri ilə dəstəklənir.