Neftin dünya qiymətlərində artım müşahidə olunur

 Neftin dünya qiymətlərində artım müşahidə olunur

Azərbaycan neftinin qiymətində  artım davam etməkdədir. Dünən hər barreli üçün 68.12 ABŞ dollarına təklif olunan Azeri Light markalı Azərbaycan nefti, bugün  3% bahalaşaraq 70.12 ABŞ dollarına təklif olunur.

Brent və WTI markalı neftin qiymətlərində də artım müşahidə olunur. Belə ki, Brent markalı neft 3% bahalaşaraq 70.89 ABŞ dollarına, WTI markalı neft isə 2% bahalaşaraq 67.14 ABŞ dollarına təklif olunur.

URALS markalı neftin qiymətində də artım var ki, dünənki qiyməti ilə müqayisədə 3% bahalaşaraq hər barreli üçün 66.73 ABŞ dollarına təklif olunur.