Dünya bazarlarında neft ucuzlaşıb

 Dünya bazarlarında neft ucuzlaşıb

Bugün dünya bazarlarında neftin qiymətlərində yenidən azalma müşahidə olunur. Azeri light markalı Azərbaycan nefti bugün dünənkinə nisbətən 2.9% azalaraq  hər barreli üçün 76.08 ABŞ dolları qiymətinə təklif olunur.

Brent və WTI markalı neft qiymətlərində də uyğun olaraq 2.9% və 4.31% azalma müşahidə olunur.

Qeyd edək ki, Azeri light markalı Azərbaycan nefti dünən son bir neçə ilin tarixi qiymətinə 78.35 ABŞ dollarına  ticarət olunub.